İsrail Qəzzaya zərbələr endirib

İsrailin cümədən şənbəyə keçən Qəzzaya havadan zərbələr endirməsi nəticəsində, ən azı 14 nəfər öldürülüb. Bu arada isə Türkiyədə İsrail əsgəri tərəfindən öldürülən türk əsilli amerikalı fəalın dostları və ailə üzvlərinin iştirakı ilə dəfn mərasimi keçirilib.

Qəzzanın mülki müdafiə idarəsi şənbə günü bildirib ki, hava hücumları zamanı Qəzza şəhərində 11 nəfərin, o cümlədən üç qadın və dörd uşağın qaldığı bir evə, habelə Xan Yunis şəhərində İsrail-HƏMAS müharibəsi səbəbilə didərgin düşən insanların qaldığı çadıra zərbə endirilib. Bundan öncə isə çərşənbə axşamı bir çadır düşərgəsi, çərşənbə günü isə məcburi köçkünlərin qaldığı BMT məktəbinə zərbələr endirilib.

Poliomelit əleyhinə vaksinasiya kampaniyası

Qəzzada uşaqlara poliomelitə qarşı peyvənd vurmaq kampaniyası sona yaxınlaşır və Ümundünya Səhiyyə Təşkilatı on yaşından aşağı 559 min nəfərin – kampaniyada peyvən vurulması nəzərdə tutulan hər səkkiz uşaqdan yeddisi – ilk dozadan sonra sağalıb. İkinci dozaların bu ayın sonunda vurulacağı gözlənilir ki, ÜST tərəflərin bunun üzərində razılaşdığını bildirib.

“Dörd həftə sonra ikinci raunda hazırlaşdığımız bir vaxtda, ümid edirik ki, bu fasilələr olacaq, çünki bu kampaniya sülhə bir şans verildikdə nəyin mümkün olduğunu dünyaya açıq-aydın bir şəkildə göstərdi,” Qəzza və İordan çayının qərb sahilində ÜST-ün nümayəndəsi şənbə günü verdiyi açıqlamada bildirib.

Türkiyəli-amerikalı fəal dəfn edilib

Türkiyədə ABŞ və Türkiyə vətəndaşlığı olan 26 yaşlı Ayşenur Ezgi Eygi Didim şəhərində torpağa tapşırılıb.

İsrail ordusu Eyginin sentyabrın 6-da İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən çox güman ki, “dolayı və bilmədən” vurulduğunu deyib. Türkiyə onun ölümü ilə bağlı öz təhqiqatını aparacağını elan edib. Vurulma anına şahid olan israilli etirazçı onun İsrailin yaşayış məntəqələrinə qarşı nümayiş zamanı öldürüldüyünü bildirib.

“Biz qızımızın qanını yerdə qoymayacağıq və bu qətlə görə cavabdehlik və hesabatlılıq tələb edirik,” Türkiyə parlamentinin spikeri Numan Kurtuluş deyib.

Eyginin cənazəsi xəstəxanadan onun evinə və daha sonra Didim Mərkəzi Məscidinə gətirilib. Minlərlə insan şəhərin küçələrinə axışaraq, ona ehtiramını bildirib.

ABŞ dövlət katibi Antoni Blinken onun ölümünü qınayıb. Bu arada isə Birləşmiş Ştatlar, Misir və Qətəra atəşkəsin əldə olunması və HƏAMS-ın saxladığı girovların sərbəst buraxılması üzərində çalışır. İsrail və HƏMAS bir-birini yeni və qəbuledilməz tələblər irəli sürməkdə ittiham etdiyi üçün danışıqlar dəfələrlə dalana dirənib.

Müharibə HƏMAS-ın başçılıq etdiyi döyüşçülərin oktyabrın 7-də İsrailin cənubunda hücum edərək, 1200-ə yaxın insanı öldürməsindən sonra başlayıb. Onlar 250 nəfəri qaçırıb və onlardan 100-ü hələ də girov saxlanılır. Girovların əksəriyyəti noyabr ayında bir həftəlik atəşkəs zamanı İsraildə saxlanılan fələstinli məhbuslar müqabilində sərbəst buraxılıb. Qəzzada qalan girovların təxminən üçdə birinin artıq öldüyü güman edilir.

Birləşmiş Ştatlar, Birləşmiş Krallıq və başqa Qərb ölkələri HƏMAS-ı terror təşkilatı olaraq tanıyıb.

Müharibə Qəzzada böyük dağıntılara və 2,3 milyonluq əhalinin təxminən 90 faizinin didərgin düşməsinə səbəb olub, ərazidə kəskin humanitar böhrana səbəb olub. Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə, müharibə başlayandan bəri 41 mindən çox fələstinli öldürülüb.