ABŞ vitse-prezidenti Kamala Harris və sabiq prezident Donald Tramp çərşənbə axşamı Filadelfiyada keçiriləcək debatda ilk dəfə üz-üzə gələcəklər. Təhlilçilər hesab edir ki, bu debat ABŞ prezident seçkilərinin taleyini müəyyən edə bilər.
Respublikaçılar tərəfdə 4 illik fasilədən sonra yenidən prezidentlik iddiasıda olan sabiq prezident Donald Trampdır.
Demokratlar tərəfdə isə yarışa yeni qatılan və bu yolda onun nə qədər addımlaya biləcəyi maraq doğuran vitse-prezident Kamala Harrisdir.
Your browser doesn’t support HTML5
Çərşənbə axşamı keçiriləcək prezidentlik debatı yayım keyfiyyəti, anonslar və rəqiblərin malik olduğu dəstəyə görə ağırçəkili boksçuların döyüşünü xatırladır.
Trampın sonuncu debatı nokautla bitdi. Prezident Co Bayden Trampa qarşı zəif debat performansından bir neçə həftə sonra yenidən prezident seçilmək iddiasından geri çəkildi. İndi isə debat səhnəsində Trampın qarşısına Baydeni əvəz edən Harris çıxacaq.
Amma təhlilçilər deyir ki, bu, şoudan daha böyük bir şeydir.
Sərt rəqabətdə keçən seçki yarışında hər iki namizədin əldə edəcəyi kiçik xallar seçkinin taleyini həll edə bilər.
Onlar səhnəyə fərqli stillər gətrir. Tramp Harrisin zəkasını sual altına alıb və ona qarşı şanslarının öncəki debat rəqibi Baydenlə müqayisədə daha çox olduğunu deyib.
Donald Tramp, Respublikaçıların prezidentliyə namizədi: “Bayden Harrisdən daha ağıllıdır.”
Burada isə Harris debat hazırlığından qısa fasilə götürür.
Kamala Harris, ABŞ vitse-prezidenti: “Səhifəni çevrimək vaxtıdır. Bölücülüyə son qoymağın vaxtıdır. Ölkəmizi bir araya gətirmək və irəli getmək vaxtıdır.”
İyunda keçirilən Tramp-Bayden debatı 51 milyondan çox ABŞ izləyicisini cəlb etdi. Təhlilçilər bu debatın da çox insan tərəfindən izləniləcəyini gözləyirlər.
Neyt Frenç, Veyk Forest Universiteti: “Tramp sübut eməlidir ki, o prezident ola bilər. O, Harrisi hələ dəstəkləməyən insanları özünə cəlb etmək istəyirsə, kobudluq etmədən, amma kifayət qədər sərt görünməyə çalışmalıdır. Kamala Harrris sübut etməlidir ki, onda prezidentlik xüsusiyyətlər var. Hücum edə, mövqeyini qoruya bilər. O sübüt etməlidir ki, həm Baydendən fərqli siyasətə malik ola, həm də Demokrat partiyasının platformasını irəli apara bilər.”
Moderatorlar namizədləri iqtisadiyyat, reproduktiv haqlar, xarici siyasət və digər əhəmiyyətli mövzularda imtahana çəkəcək. Hər namizədə qələm, kağız, su və cavab vermək üçün 2 dəqiqə vaxt veriləcək.
Ceremi Suri, Ostində Texas Universiteti: “Müəyyən mənada debat hər iki namizəd üçün güzəştlər edir. Onlar etmək istədikləri şeylər haqda danışa bilər, amma eyni zamanda bunu necə edəcəklərini izah etməyə bilərlər. Sadəcə onlar ən azı mövqelerini ifadə etməli və bunun necə olacağını təsvir etməlidirlər.”
Hər şey çərşənbə axşamı burada – Pensilvaniyanın şəhərində baş verəcək.