Tramp və ya Harris prezidentliyi Ukraynadakı vəziyyətə necə təsir edə bilər?

Your browser doesn’t support HTML5

ABŞ-da kimin prezident seçiləcəyindən asılı olaraq Ukraynanı yeni reallıq gözləyə bilər. Seçkiyə iki ay qaldığı bir zaman nə Tramp, nə də Harris seçki kampaniyası Ukrayna ilə bağlı ətraflı plan təqdim edib.

Ukraynanın qədim paytaxtı böyük güclərin istək və ya həvəsləri nəticəsində ortada qalmağın nə olduğunu yaxşı bilir. Buna görə də təhlilçilər prezident Donald Trampın ikinci prezidentlik ehtimalına müxtəlif mövqelərdən baxırlar.

Oleksiy Melnik, Razumkov Mərkəzinin təhlilçisi: “Üstünlükdə olan fikir odur ki, Trampın Ağ Evə qayıdışı Ukrayna üçün yaxşı ssenari deyil. Bununla bərabər, bəziləri daha ehtiyatlıdır və vəziyyət “o qədər də pis olmaya bilər” deyir.”

Tramp müharibəyə sürətli şəkildə son qoyacağını deyir. Amma onun seçki yoldaşı JD Vans bir dəfə Ukraynanın onu maraqlandırmadığını deyib.

Trampı da Baydeni də yaxşı tanıyan ukraynanılar Kamala Harrisin potensial prezidentliyi haqda nə düşünməli olduqlarını da bilmirlər.

Harris Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və aparıcı transatlantik sammitlərdə Baydeni təmsil edib. Amma təşviqat görüşlərində Harris Ukrayna haqda az danışıb. O da Trampdan necə fərqləndiyini demək üçün.

Kamala Harris, Demokratların prezidentliyə namizədi: “O Putini bizim tərəfdaşlarımızı işğal etməyə həvəsləndirib. Deyib ki, nə istədiyini edə bilər. Rusiya Ukraynaya hücum etməkdən beş gün öncə mən prezident Zelenski ilə görüşdüm və Rusiyanın hücumu haqda xəbərdalıq etdim. Mən Putinin aqressiyasına qarşı müdafiə üçün 50 ölkənin cavabının səfərbər olunmasına yardım göstərdim. Və prezident kimi mən Ukrayna və bizim NATO müttəfiqlərimizin yanında möhkəm duracam.”

Təhlilçilər Harrisin böyük ehtimalla Baydenin Ukraynaya dəstək xəttini davam edəcəyini, Trampın isə geniş xarici siyasət ifadələrin həmişəki kimi qeyri-müəyyən olduğunu deyir. Məsələn, Trampın prezidentliyinin ilk günü müharibəyə son qoyacağını deməsi.

Endrü Peyn, Sent Corc şəhərinin London Universiteti: “Onun bunu necə edəcəyi aydın deyil. Qorxu ondan ibarətdir ki, o bunu Ukraynanı tək qoymaqla edə bilər - Maliyyənin kəsilməsi, Putinin daha yaxşı mövqeyə malik olduğu vaxt Zelenskinin danışıqlara getməsinə sövq edilməsi...”

Lakin təhlilçi deyir ki, Ukrayna qoşunlarının Rusiya ərazisinin kiçik hissəsini ələ keçirmək qərarı ilə döyüş meydanında vəziyyət artıq nisbətən dəyişib.

Təhlilçilər Ukraynanın bu ərazini saxlmamaq niyyətində və gücündə olmadığı ilə bağlı razılığa gəlsələr də, bunun danışıqlar zamanı Ukraynaya əlavə üstünlük verəcəyini deyirlər. Eyni zamanda həlledici məqamda Baydenin də müdaxiləsi köməyə gələ bilər.

Endrü Peyn, Sent Corc şəhərinin London Universiteti:“Mən noyabrdan öncə Ukraynanın hərbi əməliyyatları ilə bağlı ABŞ mövqeyində dəyişiklik gözləmirəm. Amma seçkinin nəticəsindən asılı olmayaraq noyabr və yanvar ayları arasında Kyivə daha çox imkan verilib-verilməyəcəyini izləyəcəyəm.”

Bütün deyilənlərlə bərabər, sonda, Ukraynada nə baş verəcəyi ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmaya bilər.