Ukrayna rəsmiləri deyir ki, Rusiyanın Zaporijye regionunda otelə endirdiyi zərbə nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
Rusiya qüvvələri mərkəzi və şərqii Ukrayna boyu ərazilərə dörd raket və 35 dronla hücum edib. Ukrayna ordusu bildirib ki, Ukrayna hava qüvvələri dronlardan 27-ni vurub.
Ukrayna hava qüvvələri bildirib ki, hava hücumundan müdafiə qüvvələri dronları Çernihiv, Xarkiv, Xerson, Kyiv, Mikolaiv, Odesa, Poltava və Sumı bölgələri üzərində vurub.
Çernihiv qubernatoru Viaçeslav Çaus Telegramda deyib ki, düşən qalıqlar Çervihiv şəhəri yaxınlığında bir neçə binaya ziyan vurub, iki nəfər xəsarət alıb.
Xarkiv regionunun qubernatoru Oleh Sınehubov Telegramda deyib ki, Rusiyanın hava hücumu nəticəsində bir ev və bir nəqliyyat obyektinə ziyan dəyib.
Ukraynanın dövlət dəmir yolu Rusiya dronunun Sumıda lokomotivi vurduğunu bildirib.
Rusiyanın müdafiə nazirliyi Bryansk, Kursk və Kaluqa bölgələri üzərində Ukraynanın üç dronunu vurduğunu bildirib.
Kaluqa qubernatoru Vladislav Şapşa Telegramda onun bölgəsində dronun vurulduğu barədə məlumat verib, amma hər hansı ziyan və ya tələfat yoxdur.