Sərhəd məsələsi Arizonadakı seçicilər üçün mühümdür

Your browser doesn’t support HTML5

İmmiqrasiya bu noyabrda Ağ Evə kimin gedəcəyinə qərar verən ABŞ vətəndaşları üçün ən önəmli məsələlərdən biridir. Prezidentliyə iki namizədin siyasətindəki fərqlər isə nəzərəçarpandır.

“Bu, qızıl mədəni şəhəri idi. O dövrdə Arizona ştatının ən zəngin mədəni,” Patti Burris deyir.

İndi bura “ruhlar şəhəri”dir.

Patti Burris burada 38 yaşlı eşşəyi Beano ilə yaşayır.

Burris deyir ki, o, sənədsiz immiqrantların Meksika sərhədindən qaçaraq gizlicə onun ərazisindən keçmələrindən bezib. O, keşmiş prezident Donald Trampa səs verəcək.

“O, onları deportasiya edəcək. Bəli, mən bunu tamamilə dəstəkləyirəm. Mütləq, onları buradan çıxarın və o bunu edə bilər. O, necə olduğunu bilir,” Burris deyir.

Donald Tramp prezident ikən ABŞ-ın cənub-qərb sərhədində 740 kilometrlik divarın inşasına göstərib vermişdi. Bu, həmin divarın Arizonadakı hissəsidir. Co Bayden isə vəzifəsindəki ilk günündə hər hansı yeni divarın inşasını dayandırdı.

Donald Tramp ötən həftə Arizonadakı sərhəd divarını ziyarət edib. Ancaq The Washington Post xəbər verir ki, onun baş çəkdiyi hissə o, prezident olandan öncə tikilib.

“Dünyada heç vaxt bunun qədər axının olduğu bir sərhəd olmayıb. Oradan milyonlarla cinayətkar gəlir,” Donald Tramp deyib.

Partiyalarının qurultayında iştirak edən Demokrat seçicilər Demokratlar partiyasının daha tolerant olduğunu deyir.

“İmmiqrantlar, biz bura aidik. Qonşular, biz birimizin qayğısına qalırıq. Bütün məsələ budur,” Harris tərəfdarı Sandra Kano deyir.

Vitse-prezident Harris seçilsə immiqrantara vətəndaşlığa aparan yol açmağı və Konqresdən keçməyən iki partiyanın dəstəyi ilə hazırlanmış immiqrasiya ilə bağlı qanun layihəsini yenidən canlandırmağı vəd edir.

“Sərhəd Mühafizə Xidməti onu dəstəklədi. Ancaq Donald Tramp inanır ki, sərhədlə bağlı razılıq onun seçki kampaniyasına ziyan vuracaq. Ona görə də, o, Konqresdəki müttəfiqlərinə razılığı qəbul etməmələrinə göstəriş verdi,” Harris deyib.

Patti Burris isə deyir ki,

“Onun dediyi heç bir sözə inanmayın. O, son dörd ildir harda idi?”

Bu şəhərə artıq demək olar heç kəs gəlmir. Burris deyir ki,o, miqrantlardançox turistlərin gəldiyi zamana qayıtmaq istəyir.