Fransada sinaqoqda partlayışda şübhəli bilinən şəxsin axtarışı davam edir

Fransa hüquq-mühafizə orqanları ölkənin cənub-qərbində Aaralıq dənizi sahilində yerləşən şəhərdə sinanoqa hücum edilirək, yandırılması ilə bağlı terror istintaqı başladıblar. Yanğın nəticəsində bir polis zabiti xəsarət alıb. Təhlükəsizlik qüvvələri şübhəli şəxsi axtarır.

Terrorla mübarizə prokurorlarının bəyanatında deyilir ki, şənbə günü səhər saat 8 radələrində kurort şəhəri olan La Qrand Mot şəhərində yerləşən Bet Yaakov sinaqoqunda iki maşın yandırılıb.

Açıqlamada deyilir ki, yanğınsöndürənlər sinaqonun girişində də iki əlavə yanğın aşkar ediblər. Hadisə yerdinə yaxınlaşan polis zabiti maşınlardan birində olan propan qaz çənin partlaması nəticəsində xəsarət alıb.

Bildirilir ki, hadisə zamanı sinaqoq kompleksində olan beş nəfər, o cümlədən ravvin, xəsarət almayıb.

Prokurorlar hücumu terror qrupu ilə əlaqəli qətl cəhdi və əmlakın təhlükəli yollarla dağıdılması və terror qrupu tərəfindən zərər vurmaq niyyəti ilə planlaşdırılan cinayət kimi qiymətləndirirlər.

La Qrand Mot şəhərinin meri Stefan Rossinol deyib ki, müstəntiqlər şəhərinin nəzarət kameralarının lentə aldığı videoları yoxlayırlar. O bildirib ki, həmin videolarda hücumun baş verdiyi yerdə tək hərəkət edən şübhəli şəxsi görmək mümkün olub.

“Biz şəxsin şəhəri tərk edib-etmədiyini bilmirik,” Rossinol France Info yayım şirkətinə müsahibəsində deyib. “Şübhəli şəxs sinaqoqa daxil ola bilməyib, baxamayaraq ki, onun məqsədi bu idi.”

Prezident Emmanuel Makron deyib ki, sinaqoqa hücum “terror aktıdır” və bildirib ki, hücumu “törədəni tapmaq üçün hər şey edilir.”

“Antisemitizmə qarşı mübarizə daimi mübarizədir,” Makron X sosial media platformasında yazıb.