ABŞ prezidentliyinə müstəqil namizəd Robert F. Kennedi seçki kampaniyasını dayandırdığını elan edərək, Respublikaçılar partiyasının namizədi, sabiq Prezident Donald Trampa dəstəyini ifadə edib.
“Mən artıq seçkidə qələbəyə realistik yolumun olmadığına ürəkdən inanıram,” Kennedi Feniks şəhərində müxbirlər və tərəfdarlarına deyib. “Mən seçki kampaniyamı sonlandırmıram. Mən onu dayandırıram,” o əlavə edib və Demokratlar partiyasının namizədi, Vitse-Prezidenti Kamala Harrisə yardım etmək istəmədiyini izah edib.
Kennedi seçkinin nəticəsinə təsir göstərə biləcəyi 10 ştatda adını seçki bülletenindən çıxaracağını deyib. Amma digər ştatlarda onun adı bülletendə qalmağa davam edəcək və o, tərəfdarlarının rahat bir şəkildə Demokratlara kömək etmədən ona səs verə bilərəcklərini bildirib.
Kennedi cümə günü adını böyük ehtimalla noyabrda keçiriləcək prezident seçkisinin nəticəsini müəyyən edəcək ştatlardan biri olan Arizonada bülletendən çıxarılması üçün sənədlər təqdim edib.
“Mənim Trampın kampaniyasına qoşulmağım böyük fədakarlıq olacaq,” Kennedi Feniksdə deyib və əlavə edib ki, əgər o, Respublikaçı administrasiyada amerikalı uşaqlar arasında xroniki xəstəliklər dalğasına son qoymaq şansı əldə etsə, bu ona dəyəcək.
“Mən inanıram ki, dürüst bir sistemdə mən seçkidə qalib gələrdim,” Kennedi əlavə eib və iddia edib ki, meynstrim media ona senzura tətbiq edib, Demokratlar Partiyası isə onun bir neçə ştatda seçki bülleteninə daxil olmasının qarşısını alıb.
O deyib ki, təkcə Trampın Ruisyanın Ukraynadakı müharibəsinə son qoymasına vasitəçilik etmək vədi “mənim onun kampaniyasına dəstəyimə haqq qazandırar.”
Kennedi 50 dəqiqə sonra səhnədən enib, sualları cavablandırmayıb.
O daha sonra yaxınlıqdakı Qlendeyl şəhərində Trampın seçki görüşündə iştirak edib.
“Bobbi son 16 ay boyunca Birləşmiş Ştatların prezidenti olmaq üçün qeyri-adi kampaniya apardı,” Tramp dedi və əlavə etdi: “Mən bunu bilirəm, çünki o bir neçə dəfə məni də tənqid etdi.”