Minnesota qubernatoru Tim Valz çərşənbə günü Çikaqoda keçirilən Demokratların Milli Konvensiyada partiyasının vitse-prezidentliyə nominasiyasını qəbul etdi.
"Birləşmiş Ştatların vitse-prezidentliyinə nominasiyası qəbul etmək mənim həyatımın şərəfidir," Valz dedi.
O, həmçinin Kamala Harrisə onu vitse-prezidentliyə namizəd olaraq seçdiyi üçün minnnətdarlığını bildirdi və prezident Co Baydenə “dörd illik güclü, tarixi rəhbərlik” üçün təşəkkür etdi.
"Biz hamımız bu axşam bir gözəl sadə səbəbə görə buradayıq: Biz bu ölkəni sevirik," 60 yaşlı qubernator Demokratların Milli Qurultayının üçüncü gecəsində toplaşan Demokratların alqışları altında dedi.
Valz Minnesotanın birinci ledisi Qven Valzın çıxış etdiyi video ilə təqdim olundu.
Valz partiyasının vitse-prezidentliyə nominasiyasını qəbul edəndən sonra amerikalılara öz həyatı və keçmişi ilə bağlı detalları paylaşdı.
O, böyüyüb başa çatdığı “400 sakini olan” Nebraskanın Butte şəhərindəki ilk illəri ilə başladı.
“Mənim orta məktəb sinifimdə 24 uşaq var idi və onların heç biri Yelə getməyib,” deyən Valz, belə görünür, Yel məzunu olan Respublikaçı rəqibi JD Vansa söz atdı.
Valz dedi ki, o, Buttedə qonşularının qayğısına qalmağı öyrənərək böyüyüb və bu da ona “töhfə vermək məsuliyyəti” aşılayıb.
“Mənim üçün bu, Ordunun Milli Qvardiyasına qoşulmaq oldu. Mən 17-ci ad günümdən iki gün sonra qoşuldum və 24 il qürurla ölkəmizin formasını geyindim,” o dedi.
Valz dedi ki, Koreya müharibəsi veteranı olan atası ağ ciyər xərçəngingən vəfat etmiş və “arxasında dağ boyda tibbi borc qoyub getmişdi.”
“Sosial təhlükəsizliyin geridə qalan ailə üzvlərinə imtiyazlarına şükürlər olsun. Və atam və mənim və milyonlarla başqa amerikalıların universitetə getməsinə imkan verən G.I. aktına görə də Tanrıya şükürlər olsun,” o dedi.
Daha sonra o, məktəb müəllimi və ştat çempionatında qalib gəlməsi ilə nəticələnən futbol treneri karyerasından bəhs etdi.
“Məni Konqresə namizədliyimi irəli sürməyə ilhamlandıran həmin oyunçular və tələbələrim oldu,” o dedi. “Mən kənd təsərrüfatının inkişafı və veteranlara qayğı kimi məsələlərdə partiyalararası işləməyi öyrəndim.”
Müəllimlik karyerasından sonra, daha əvvəl heç bir siyasi təcrübəsi olmadan Konqresə seçilməsindən bəhs edən Valz “heç vaxt dövlət məktəbi müəllimini zəif bilməyin” dedi.
Valz qızı Hopu dünyaya gətirməkdə çəkdikləri çətinliklərdən bəhs edərkən, o, atasına əli ilə ürək işarəsi etdi. Oğlu Qas isə atasını izləyərkən ağlayırdı və ən azı bir dəfə “O mənim atamdır” deyə qışqırdı.
Valz daha sonra öz çıxışında amerikalıların Kamala Harrisin prezidentliyindən nələr gözləyə biləcəyini qeyd etdi.
Vitse-prezidentliyə namizəd bildirdi ki, Harris orta sinif üçün vergiləri azaldacaq və “böyük əczaçılıq şirkətləri ilə mübarizə aparacaq.”
“Siz orta sinif ailəsisinizsə, və ya orta sinif olmağa çalışan ailəsinizsə, Kamala Harris sizin vergiləri kəsəcək,” o dedi.
O həmçinin bildirdi ki, Harris ev almağı daha əlçatan etməyə yardım edəcək.
“Kim olmağınızdan asılı olmayaraq, Kamala Harriz sizin istədiyiniz həyatı yaşamaq azadlığınız uğrunda mübarizə aparacaq. Çünki bizim özümüz üçün də, qonşularımız üçün də istədiyimiz budur,” Valz dedi.
Demokratlar Çikaqoda yerləşən United Center-ə toplaşan Harrisin ötən ay partiyanın prezidentliyə namizədi olandan bəri gətirdiyi momentumu artırmağa ümid edirlər. Onlar prezident Co Baydenin kənara çəkilməsindən sonra Demokratlar arasında yaranan coşğunluğu davam etdirmək, eyni zamanda isə tərəfdarlarına keçmiş prezident Donald Trampa qarşı çətin mübarizə ilə üzləşdiklərini çatdırmaq istəyirlər.
Bir çox amerikalı Harris onu vitse-prezidentliyə namizədi elan edənə qədər Valz barədə heç vaxt eşitməmişdi. O, seçki kampaniyasıının ilkin həftələrində öz keçmişi ilə tərəfdarları valeh edib və Harrisin bu payız ehtiyacı olacaq orta qərb ştatlarının mədəniyyət təmsilçisinə çevrilib.
Ancaq Valz bəzi suallarla da üzləşib ki, buna öz keçmişi ilə bağlı bəzi məlumatları şişirtməsinə dair suallar daxildir. Respublikaçılar Valzı 2008-ci ildə müharibədə silah daşımaqla bağlı etdiyi şərhinə görə tənqid edib. Belə ki, o, 24 il boyunca Milli Qvardiyada xidmət göstərdə də, müharibə zonasına göndərilməyib.
Valzın nitqindən öncə Demokratların Milli Qurultayının səhnəsində bu səhnə ilə yaxından tanış olan keçmiş Prezident Bill Klinton çıxış etdi. O, Donald Trampı eqoist adlandıraraq qınadı, Kamala Harrisi isə tərifləyərək, onun diqqətini amerikalıların ehtiyaclarına yönəltdiyini dedi.
Trampla eyni yaşda olan Klinton çıxışı boyu fasilələr verdi, hərəkətləri daha yavaş idi və iki dəfə Harrisin adını yanlış söylədi. Bununla belə o, bir neçə yaddaqalan, özünəməxsus açıqlamalar verdi. Onlardan biri isə bu sual idi: “Onun rəqibi öz səsindən nə üçün istifadə edir? O, əsasən özü haqda danışır. Gələn dəfə onu eşidəndə, yalanları deyil, “mən”ləri sayın.”
Uzun müddət məşhur tok-şousunu Çikaqodan aparan Oprah Uinfri Demokratların son zamanlardakı ən məşhur mövzusuna toxunaraq, amerikalıların daha çox uşaq dünyaya gətirməli olduqlarını iddia edərək, “pişik saxlayan ovladsız qadınları” ələ salan Respublikaçıların prezidentliyə namizədi JD Vansa rişxənd etdi.
Vinfri dedi ki, yanan bir ev “pişik saxlayan ovladsız qadının” olsa, qonşuları yenə də ona kömək edər və “həmin o pişi də qurtarmağa çalışar.”
Gecənin mövzusu "azadlıqlarımız üçün mübarizə" idi, nitqlər aborta çıxış və demokratların Trampa qarşı kampaniyalarında diqqət mərkəzində tutmaq istədikləri digər hüquqlara yönəlmişdi. Natiqlər partiyalarının azadlıqları müdafiə etmək istədiyini, Respublikaçılar isə azadlıqları onların əlindən almaq istədiyini iddia edirdi.