ABŞ-da Demokratların Milli Qurultayı bazar ertəsi axşam Çikaqo şəhərində start götürür.
Qurultayın növbəti dörd gün ərzində prezidentliyə namizəd Kamala Harrisi vətəndaşlara təqdim edəcəyi və onun qarşıdan gələn seçkilərdəki Respublikaçı rəqibi sabiq prezident Donald Trampı tənqid atəşinə tutacağı gözlənilir.
Qurultayda çıxış edəcək natiqlər arasında Demokrat partiyasının görkəmli seçkili xadimləri və digər tanınmış simalar olacaq.
Bazar ertəsi qurultayda çıxış edəcək Co Bayden prezidenltik yarışından çəkildikdən sərhal sonra Harrisə dəstək verərək partiyadaşlarını vitse-prezidentin namizədlyini dəstəkləməyə çağırıb.
Onun 4,000 qurultay nümayəndəsinə müraciət edəcəyi və onların niyə Kamala Harrisə dəstək verməli olduqlarını əsaslandıracağı gözlənilir.
Demokratlar üçün mühüm xəbərlərdən biri son dövrlərdə keçirilən rəy sorğularında Harrisin Respublikaçı rəqibi Trampdan önə çıxmasıdır.
Sabiq prezidentlər Barak Obama çərşənbə axşamı, Bill Klinton isə çərşənbə günü çıxış edəcəklər.
Harrisin cümə axşamı nitqində Demokrat partiyasının namizədliyini rəsmən qəbul edəcəyi gözlənilir.
Onun vitse-prezidentliyə namizəd tərəfdaşı Tim Valz ABŞ-ın mərkəzi Minnesota ştatının qubernatorudur.
60 yaşlı Valz qubernator olmazdan öncə 12 il ABŞ Nümayəndələr Patatasının üzvü, ondan öncə isə məktəbdə sosial elmlər müəllimi olub.