Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin şənbə günü erkən saatlarında Livanın cənubuna endirdiyi zərbə nəcəsində ən azı 10 Suriya vətəndaşı həlak olub.
Nəbatiyə vilayətindəki Vadi əl-Kfura zərbə Hizbullah militant qrupu və İsrail ordusu, HƏMAS-ın İsrailin cənubuna hücum edərək, Qəzzada İsrail-HƏMAS müharibəsinə səbəb olmasından bir gün sonra, oktybarın 8-dən bəri atışma aparmağa başlayandan bəri Livana endirilən ən tələfatlı zərbədir. Hizbullah iddia edir ki, Qəzza zolağında atəşkəs olunandan sonra hücumlarını dayandıracaq.
Nazirlik bildirib ki, ölənlər arasında bir qadın və iki uşaq olub. Beş nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti kritikdir.
İsrail ordusunun ərəb dilli sözçüsü Aviçay Adrai deyib ki, cənub vilayətə endirilən zərbə Hizbullaha məxsus silah anbarını hədəf alıb.
Vadi əl-Kfurda qəsəbxana idarə edən Məhəmməd Şoaib deyib ki, zərbənin endirildiyi ərazi kərpic, metal və alüminium istehsal edən zavodlar, eləcə də süd fermasının yerləşdiyi “sənaye və mülki zona” idi.
Zərbə nəticəsində ölən üç nəfərin əmisi deyib ki, onlar hamısı zavod işçiləri idi. O, obyektdə silahların olduğunu inkar edib.
“Heç elə bir şey yox idi,” Hüseyn Şahud deyib. “Orada inşaat, tikinti, müxətlif məqsədlər üçün metal var idi.”
Hizbullah daha sonra zərbəyə cavab olaraq İsrailin şimalında Səfad yaxınlığında Ayelet HaŞahar icmasına raketlər atdığını elan edib. Bəyanatda deyilir ki, Livandakı qurbanların 10-u da mülki vətəndaş olub. Hizbullah üzvləri öldürüldüyündə adətən ölümlə bağlı açıqlama verir.
İsrail ordusu bildirib ki, Libandan 55 mərmi atılıb. Onların bəziləri açıq ərazilərə düşüb. Xəsarət alanları olmadığı bildirilib, ancaq hücumlar bir neçə yanğınlara səbəb olub. Şənbə günü Livandan Misgav Am ərazisinə endirilən zərbə nəticəsində, biri ciddi olmaqla, iki İsrail əsgəri xəsarət alıb.
İsrail ordusu həmçinin şənbə günü sahilyanı Tire şəhəri ərazisinə başqa bir zərbə nəticəsində Hizbullah komandirini öldürdüyünü bildirib.Livanın dövlət mediası Tire yaxınlığında motosiklet sürücüsünə zərbə nəticəsində bir nəfərin öldüyünü bildirib. Hizbullah onun qruplaşma üzvü Hüseyn İbrahim Kasseb olduğunu bildirib. O, onun rütbəsi və ya harada öldürüldüyü barədə məlumat verməyib.