Ukrayna qüvvələri Rusiyaya gözlənilməz müdaxiləsini davam etdirdiyi bir vaxtda, Kyivin Ukraynanın ələ keçirdiyi ərazilərlə nə etməyi planlaşdırdığı ilə bağlı suallar yaranır.
Ukraynanın Rusiya ilə sərhədindən 30 kilometr aralıda yerləşən Sumıda müharibəyə dair çoxlu əlamətlər var.
Burada Svitlana və başqaları üçün Ukraynanın sərhəddən qısa məsafə uzaqda Kurskda Rusiya ərazini ələ keçirməsi gözlənilməz idid və müharibənin başa çatmağa bir addım yaxınlaşdığına dair bir işarədir.
“Axır bu müharibə necəsə bitməlidir. Çünki onlar [ruslar] bir istiqamətdə atəş açdıqları üçün, bu düz deyil. Tək-tərəfli olanda, müharibə olmur. Onun daha tez başa çatması üçün cavab vermək lazımdır,” Sumı sakini Svitlana deyir.
Sumı 2022-ci ildə Rusiyanın hücumuna məruz qalan ilk şəhərlərdən biri idi. İki il sonra o, Ukraynanın Rusiyaya gözlənilməz müdaxiləsi üçün tramplindir.
Sakinlər deyir ki, Rusiyanın açdığı atəş son həftədə, Ukrayna Rusiyanın Kursk bölgəsinə hücum əməliyyatına başlayandan bəri daha güclü və intensiv bir hal alıb.
“Zənnimcə, bəli, vəziyyət eskalasiya edib. Onlar [ruslar] da cavab verir, onlar qəzəblidirlər,” Sumı sakini Tetiana deyir.
Rəsmilər Ukraynanın məqsədinin Rusiya ərazisini həmişəlik zəbt etmək olmadığını deyir. Preizdent Volodimir Zelenski deyir ki, bu, Ukrayna xalqının həyatını qorumaq və müharibəyə son qoymaqla əlaqəlidir.
“Sərhəd bölgələrində nə qədər çox Rusiyanın hərbi mövculuğu məhv edilirsə, dövlətimiz və həqiqi təhlükəsizliyimiz üçün sülh bir o qədər yaxın olar,” Ukryna Prezienti Volodimir Zelenski deyir.
Təhlükəsizlik üzrə təhlilçilər bu addımı Ukraynanın Rusiya qoşunlarını cəbhə xəttindən geri çəkməyə vadar etməsinin bir yolu olaraq göür. Və onlar ələ keçirilən ərazisini potensial sülh danışıqlarında alver predmenti olaraq görürlər.
“Prezident Baydenin qeyd etdiyi kimi, bu Rusiya üçün, Putin üçün strateji dilemmadır. Niyə? Çünki indi Putinin seçimi var. O nə edəcək? Ya o öz ərazisini, Rusiya ərazisini – Kursk bölgəsini müdafiə edəcək, ya da o, Donbasda, Ukaynanın şərqi cəbgə xəttində hücum əlməliyyatını davam etdirəcək,” Hərbi və Hüquqi Araşdırmalar Mərkəzindən Oleksandr Musienko deyir.
O deyir ki, Ukrayna həm də Rusiyanın zəifliklərini ifşa edir.
“Biz bütün dünyada hər kəsə göstəririk ki, ruslardan qorxmağa ehtiyac yoxdur. Və siz Ukraynaya öz ərazilərində Rusiyanın hərbi obyektlərinə qarşı uzun mənzilli raketlərdən istifadə etməyə icazə verməlisiniz,” Hərbi və Hüquqi Araşdırmalar Mərkəzindən Oleksandr Musienko deyir.
Ukraynada, bütün diqqət Kurksdakı yeni irəliləyişə, Kyivin nə dərəcədə irəliləyəcəyinə və ya nə qədər nəzarət ələ keçirəcəyinə yönəlib.
Bununla belə Rusiya ərazisinin ələ keçirilməsi Ukraynada müharibənin sonuna yaxınlaşdığında və nəticəsinin Ukraynanın xeyrinə olacağına dair ümid yaradıb.