Kamala Harris qida və ərzaq məhsulları qiymətinin süni artımına federal qadağa, uşağın həyatının ilk ilində ailələrə 6000 ABŞ dollar vergi güzəşti və ilk dəfə ev alanlar üçün 25 min dollara qədər dəstək planlarını açıqlamağa hazırlaşır. Bu, ABŞ vitse-prezidentinin Demokratlar Partiyasının prezidentliyə namizədi olduqdan sonra səsləndirəcəyi ilk populist təkliflərdir.
Seçki kampaniyasının verdiyi məlumata görə, Harrisin cümə günü iqtisadiyyat haqda ilk nitqində səsləndirəcəyi təkliflərə 100 milyondan çox orta sinif və aşağı gəlirli amerikalılar üçün vergilərin azaldılmasını daxildir.
Onun nitqi seçiciləri narahat edən əsas məsələlər olan ərzaq məhsulları və mənzil qiymətlərinin artımı ilə mübarizə planlarına toxunacaq. O, noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd, keçmiş prezident Donald Trampla mübarizə apardığı Şimali Karolina ştatının Rali şəhərində keçirilən mitinqdə tərəfdarları qarşısında çıxış etməyə hazırlaşır.
"Vitse-prezident Harris ilk 100 günündə amerikalıların ərzaq xərclərini azaltmaq və inflyasiyanı nəzarətdə saxlamaq üçün planın tətbiqi üzərində çalışacaq" - Harrisin seçki kampaniyası bildirdi.
Cümə axşamı Harris prezident seçki yarışından çəkildiyini elan etdikdən sonra Co Baydenlə ilk dəfə ictimaiyyət qarşısında çıxış etdi. Onlar birlikdə administrasiyanın dərman qiymətlərini azaltmaq üçün əczaçılıq şirkətləri ilə danışıqlarda uğurunu təşviq etdi.
Cümə axşamı jurnalistlərə danışan Trump, Harrisin iqtisadiyyatla bağlı təkliflərini "kommunist qiymət nəzarəti" adlandırdı.
"Onlar işləmir, əslində tam əks təsir və effektə malikdirlər", sabiq prezident bildirdi.