JD Vans və Tim Valz vitse-prezidentlik debatına razılaşdılar

Solda: Respublikaçı vitse-prezidentliyə namizəd JD Vans (Carlos Osorio/AP; sağda Demokrat namizəd Tim Valz, (Jae C. Hong/AP)

Minnesota ştatının qubernatoru Tim Valz və Ohayo Senatoru JD Vans oktyabrın 1-də debata razılıq veriblər. Demokrat və Respublikaçılar partiyasından vitse-prezidentliyə namizədlərin debatı bəzi ştatlarda erkən seçkilərin başlayacağı vaxta təsadüf edir.

Bu arada Vitse-Prezident Kamal Harris Donald Trampla özü arasında ikinci debatın keçiriləcəyin proqnozlaşdırır, hərçənd ki, həmin qarşılaşma Respublikaçı namizədin sentyabrın 10-da planlaşdırılan debatda iştirakından asılıdır.

CBS News çərşənbə günü X platformasında həm Valzı, həm də Vansı Nyu York şəhərində debata qatılmağa dəvət edərək dörd müxtəlif tarixlər təklif edib – 17 sentyabr, 24 sentyabr, 1 oktyabr, və 8 oktyabr.

Valz həmin mesajı öz hesabında paylaşaraq, “JD, oktyabrın 1-də görüşərik” yazıb.

Harris-Valz kampaniyası sonradan açıqlanan mesajda Valzın, əgər rəqibi qatılarsa, JD Vansla debata hazırlaşdığını bildirib.

Vans X platformasında 1 oktyabr dəvətini qəbul etdiyini bildrib. O, həmçinin Valza 18 sentyabrda debata gəlməyə çağırış edib.

1 oktyabrda keçiriləcək debatın moderatorları CBS Axşam Xəbərləri proqramının aparıcısı Norah O'Donnell və “Millətlə Üzləş” proqramının aparıcısı Marqaret Brennan olacaq.