Təbrizdə yerləşən "Azərbaycan Zəmzəm Fabriki"nin işçiləri avqustun 10-dan etibarən ixtisarlara və maaşlarının ödənilməməsi səbəbindən tətilə başlayıblar.
İran İşçilərinin Azad Birliyinin Telegram kanalında zavod işçilərinin tətil aksiyasını əks etdirən video paylaşılıb.
Bu tətil avqustun 13-dək, üç gün ərzində davam edib. Lakin tətillərin nəticələri və zavod rəhbərliyinin işçilərə qarşı münasibəti barədə hələlik məlumat verilməyib.
Sərinləşdirici içkilər istehsal edən "Zəmzəm" fabrikinin işçiləri ixtisarlara, maaşlarının verilməməsinə, dolanışıq tələblərinin qarşılanmamasına və iş şəraitinin yaxşılaşdırılmamasına etiraz edib.
Fabrik isə hazırda maliyyə və iqtisadi problemlərlə üzləşir və bundan əvvəl də oxşar böhranlar səbəbindən işçi qüvvəsini azaltmaq məcburiyyətində qalıb.