İran futbol federasiyasının rəhbəri Mehdi Tac 2015-ci ilin mayında İran futbol çempionatının final oyunu zamanı “Traktor” komandasının çempion olmasına mane olan “səhvlərə” görə “Traktor” komandasından üzr istəyib.
Bu barədə yarı-rəsmi Mehr agentliyi və Təbrizdə fəaliyyət göstərən Nasr News internet portalı kimi mənbələr xəbər və video yayıblar.
15 may 2015 tarixi o günlərdə adı “Traktorsazi” olan Təbrizin "Traktor Azərbaycan" komandası və həmin günü “qara cümə” adlandıran azarkeşləri üçün unudulmaz bir gündür.
İran xəbər agentlikləri o tarixdə keçirilən futbol üzrə İran çempionatının final matçının son dəqiqələrində “qəribə hadisələrin” baş verdiyi və “Traktor” komandasına yalan məlumat verildiyini yazmışdılar.
SEE ALSO: Finalda qəribə hadisə - "Traktorsazi"yə yalan məlumat verilibHəmin il son tur ərəfəsində turnir cədvəlinə başçılıq edən Traktor ilə Tehranın “Neft” klubunun oyunu 3-3 hesabı ilə başa çatmışdı. Oyunun son dəqiqələrində verilən yalan məlumat nəticəsində Təbriz komandası özünü çempion hesab edərək matçı sadəcə nəticəni qoruyaraq başa çatdırmağa çalışmışdı. Verilən yalan məlumat eyni dəqiqələrdə keçirilən “Saypa” və “Sepahan” komandaları arasındakı matçın nəticəsi ilə bağlı idi. “Saypa”nı 2-0 hesabı ilə məğlub edən “Sepahan” İran çempionu Olmuşdu. Halbuki federasiya məsulları “Traktor” məşqçilərinə Sepahan-Saypa oyununun bərabərə sonlandığını bildirdikləri üçün məşqçilər Taktorun çempion olduğunu düşünmüşdülər. Həmin gün Traktor-Neft oyunun keçirildiyi standionda internet və telefon şəbəkəsi kəsilmişdi. Həmçinin matçın videoları izləndikdən sonra hakimin oyunun Traktor komandasının əleyhinə səhv qərarlar verdiyi ortaya çıxmışdı. O günlərdə İranda final oyununda baş verən “qəribə hadisələr” Taktora qarşı konspirasiya kimi dəyərləndirilmişdi.
İran futbol federasiyasının rəhbəri Mehdi Tac avqustun 14-də keçirilən Şərqi Azərbaycan futbol heyətinin illik ümumi toplantısında “qara cümə” günündə baş verən olaylara görə “rəsmən” üzr istədiyini deyib.
Tac deyib ki, “o səhvlər olmasaydı “Traktor” çempion olacaq idi. Ümid edirəm ki, bu il video köməkçi hakim sistemi sayəsində Taktor bu şərəfə nail ola bilər.”
Federasiya rəhbəri bu üzrü “Traktor” komandasına borclu olduğunu ifadə edib.
SEE ALSO: Əkbər Əbulzadə: Traxtor çempion olsaydı, İranda yaşayan türklər özünə-inam qazanardı [Audio]İranda ‘türk kimliyinin simvolu’ kimi tanınan “Traktor” Azərbaycan futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib, habelə “Urmiyə gölünün qurudulması” və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər.