Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri və Avropa diplomatları Müsavat Partiyasının rəhbərləri ilə görüşüb

Müsavat Partiyası

Avqustun 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və bu partiyanın Məclis sədri Arif Hacılı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko və Avropa ölkələrinin diplomatları ilə görüşüb.

Müsavat Partiyasının məlumatında deyilir ki, Peter Mixalkonun təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər və digər məsələlər müzakirə olunub.

Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi görüşlə bağlı hələ məlumat yaymayıb.