Ukraynanın Rusiyanın sərhədyanı Kursk bölgəsinə sürpriz hərbi müdaxiləsindən bir neçə gün sonra Ukrayna Prezidenti Volodımir Zelenski şənbə günü hölkumətinin baş verənlərlə bağlı sükutunu pozub. Axşam çağı xalqa ənənəvi müraciətində Zelenski “müharibənin təcavüzkar ərazisinə itələndiyini” bildirib.
Gecəyarısı Rusiyanın dron və mərmi hücumları nəticəsində Kyivdə 4 yaşlı oğlan uşağı daxil olmaqla, azı iki mülki vətəndaşın həlak olduğu bildirilir.
Kurskun regional qubernatoru Rusiya havadan müdafiə qüvvələrinin səmada vurduğu Ukrayna rakeetin mənzil binasına düşməsi nəticəsində 13 adamın yaralandığını bildirib.
Kyiv Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhii Popko Ukrayna paytaxtının bu ay ərzində ikinci dəfədir ki, hədəf alındığını bildirib.
Ukrayna qüvvələrinin Rusiya ərazisindəki əməlyyatları artıq altıncı gündür ki, davam edir. İlk dəfədir ki, Ukrayna qoşunları Rusiya ərazisində döyüş əməliyyatlarında iştirak edirlər.
Hərbi əməliyyatın məqsədləri aydın deyil. Belə ki, Ukrayna rəsmiləri əməliyyatın uğurunu təmin etmək üçün məsələ ilə bağlı məxfiliyi qoruyur.
Şənbə günü xalqa müraciətində Zelenski ordu rəhbəri Oleksandr Sırskinin “cəbhə xəttində və bizim hərəkətlərimiz və müharibəni təcavüzkar ərazisinə itələdiyimiz” barədə hesabatına istinad edib.
“Ukrayna sübut edir ki, o, həqiqətən ədaləti bərpa edə bilər və təcavüzkar üzərinə təzyiqə – tam məqsədəuyğun təzyiqə” təminat verir.
Rusiya ordusu şənbə günü öz ərazisində Ukrayna qüvvələrinə qarşı vuruşduğunu təsdiqləyib.