Seul deyir ki, Şimali Koreya cənuba doğru daha çox zibillə dolu şarlar uçurur

Cənubi Koreya ordusu bildirir ki, Şimali Koreya yenə Cənuba doğru zibil daşıdığı güman edilən şarlar atıb. İki rəqib ölkə arasında artan gərginlik fonunda qəribə psixoloji müharibə aparılır.

Cənubi Koreyanın Birgə Qərargahlar Rəisi şənbə günü bildirib ki, külək şarları Cənubi Koreya paytaxtı Seulun şimalındakı bölgələrə apara bilər. Seulun Meriyası və Gyeongi vilayətinin hökuməti vətəndaşlara səmadan düşən əşyalara diqqət etmələrini və hər hansı şar gördükləri zaman polis və ya orduya xəbər vermələrini bildirib.

Xəsarət və ya ziyan barədə dərhal məlumat verilməyib.

Şimali Koreya son həftələrdə Cənuba doğru 2000-dən çox kağız, parça və siqaret kötükləri daşıyan şar göndərib. O, bunun Cənubi Koreyanın mülki fəallarının sərhəddən Pxenyan əleyhinə təbliğat vərəqələri uçurmalarına cavab olduğunu bildirib.

Pxenyan bu cür hərəkətləri çox tənqid edib, çünki Kim Conq Unun avtoritar hakimiyyətinə qarşı hər hansı kənar təndiqlərə son dərəcə həssasdır.

Şimali Koreya Cənubi Koreyaya şarları sonuncu dəfə iyulun 24-ə atıb. Həmin zaman onlardan ən azından birində olan zibil Cənubi Koreya prezidentinin iqamətgahına düşmüş və Cənubi Koreya obyektlərinin təhlükəyə açıq olması ilə bağlı narahatlığı artırmışdı. Cənubi Koreya prezidentinin təhlükəsizlik xidməti bildirib ki, şarda hər hansı təhlükəli maddə olmayıb və heç kəs xəsarət almayıb.

Cənubi Koreya, Şimalın şar kampaniyasına cavab olaraq cəbhə xəttindəki səsucaldan cihazlarını işə salaraq, təxribat mesajları və K-pop mahnılarını səsləndirib. Ekspertlər deyir ki, Şimali Koreya bu cür yayımlardan nifrət edir, çünki onun cəbhə xəttindəki əsgərlər və sakinləri ruhdan sala biləcəyindən qorxur.

Koreyaların Soyuq müharibə stilində apardıqları kampaniyalar gərginliyi artırır. Rəqiblər bir-birini daha güclü addımlar atmaqla hədələyir və ağır nəticələr barədə xəbərdarlıq edir.

İki ölkə arasında münasibətlər son illərdə Kimin Şimalın nüvə silaları və raketləri proqramını sürətləndirməsi, habelə Vaşinqton və Seula nüvə münaqişəsi ilə bağlı şifahi təhdidlər etməsi fonunda daha da pisləşib. Buna cavab olaraq Cənubi Koreya, Birləəşmiş Ştatlar və Yaponiya birgə hərbi təlimlərini genişləndirib.

Ekspertlər deyir ki, bu ay Cənubi Koreya və ABŞ-ın Şimalın nüvə təhdidlərinə qarşı gücləndirilən hər il keçirilən birgə hərbi təlimlərinə başlaması ilə gərginlik daha da arta bilər.

Şar kampaniyasına yenidən start verilməsi Şimali Koreya Çinlə sərhəddəki ərazilərdə minlərlə evi və böyük əkin sahələrini su altında qoyan dağıdıcı daşqınlardan sonra bərpa olmağa çalışdığı bir vaxta təsadüf edib.

Şimali Koreua dövlət mediası şənbə günü bildirib ki, Kim rəsmilərə daşqınlar nəticəsində didərgin düşən insanları paytaxt Pxenyana gətirmələrinə, onlara daha yaxşı qayğı göstətmələrinə dair göstəriş verib və daşqının baş verdiyi ərazilərdə evləri yenidən tikməyin iki-üç ay vaxt alacaq.