Tass xəbər agentliyi şənbə günü yerli fövqəladə hallar nazirliyinə istinadən məlumat verib ki, Ukraynanın bu həftə başlayan müdaxiləsindən sonra Rusiyanın Kurks regionunda Ukrayna ilə sərhəd bölüşən ərazilərdən 76 mindən çox insan təxliyə edilib.
Rusiya Kursk regionunda sərhəddən 20 kilometr uzaqda Ukrayna qoşunlarına qarşı şiddətli döyüşlər aparır. Bu, 2022-ci ildə müharibə başlayandan bəri Ukaynanın Rusiyanın suveren ərazisinə ən böyük hücumudur.
Bundan əlavə şənbə günü Moskva Ukrayna ilə sərhəd üç bölgəsində “terrorla mübarizə əməliyyatı” başladıb.
Ukrayna bölmələri çərşənbə axşamı səhər saatlarında sürpriz bir hücumla sərhədi keçərək Rusiyanın qərbindəki Kursk regionuna hücum edib.
Rusiya irəliləyən qoşunların qarşısını almaq üçün əlavə qoşun və texnika, o cümlədən tanklar, raket atmaq üçün qurğular və aviasiya bölmələri göndərib.
Rusiyanın milli anti-terror komitəsi cümə günü bildirib ki, “vətəndaşların təhlükəsizliyini təmin etmək və düşmənin təxribat qruplarının həyata keçirdiyi terror aktlarının təhlükəsini yatırmaq üçün Belqorod, Bryansk və Kursk regionlarında terrorla mübarizə əməliyyatlarına” başlayır.
Rusiya qanunu altında, təhlükəsizlik qüvvələrinə və orduya “terrorla mübarizə” əməliyyatları zamanı geniş fövqəladə səlahiyyətlər verilib.
Hərəkət məhdudlaşdırılır, nəqliyyat vasitələri ələ keçirilə bilər, telefon danışıqlarına nəzarət edilə bilər, ərazilər qadağan edilən zona elan edilib, nəzarət-buraxılış məntəqələri quraşdırılıb və əsas infrastruktur obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Anti-terrorizm komitəsi bildirib ki, Ukrayna “ölkəmizin bir sıra regionlarında vəziyyəti sabitsizləşdirmək üçün misli görünməmiş cəhd” göstərib.
O, Ukraynanın müdaxiləsini “terror hücumu” adlandırıb və bildirib ki, Kyiv qoşunları mülki vətəndaşları yaralayıb, yaşayış binalarını dağıdıb.
Ukrayna liderləri əməliyyatla bağlı səssizliklərini qoruyur, Kyivin ən yaxın müttəfiqi olan Birləşmiş Ştatlar isə planlar barədə öncədən məlumatlandırılmadığını bildirib.
Ancaq Prezident Volodimir Zelenski, belə görünür, qoşunlarının ilkin uğurlarını alqışlayıb. Belə ki, o, bu həftənin əvvəlində deyib ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı tam-miqyaslı hücumun fəsadlarını “hiss etməlidir.”
Rusiya müdafiə nazirliyi şənbə günü tanklarının Kursk regionunda Ukrayna mövqelərinə atəş açdığını, habelə gecə endirilən hava zərbəsini göstərən görüntüləri yayımlayıb. Ordu cümə günü sərhəd bölgəsində əlavə bölmələr göndərdiyini bildirib.
O həmçinin regiona gecə hücum etməyə çalışan 26 Ukrayna dronunu vurduğunu bildirib.