ABŞ ordusu Yaxın Şərqə qüvvə göndərir

İranın mümkün hərbi hücuma hazırlaşdığı bir vaxt ABŞ hərbi gəmiləri və qırıcı təyyarələri Amerikanın İsrailə dəstəyini gücləndirmək üçün Yaxın Şərqə və ətraf ərazilərə yola düşür.

Ötən həftə Hizbullahın yüksək səviyyəli komandirinin Livanda və HƏMAS terror qruplaşmasının siyasi liderinin İran ərazisində öldürülməsi nəticəsində Tehran və onun proksi qüvvələrinin verdiyi qisas vədlərindən sonra ABŞ-ın müdafiə naziri Lloyd Austin Yaxın Şərq və Avropanın bəzi hissələrinə hərbi gücün köçürülməsi göstərişi verib.

ABŞ-ın addımlarına ballistik raketləri vura bilən hərbi gəmilər və USS Abraham Lincoln təyyarədaşıyan gəminin Yaxın Şərqə göndərilməsi də daxildir.

Bölgəyə əlavə qırıcı eskadrilya göndərməklə yanaşı, ABŞ quruda yerləşən raketdən müdafiə imkanlarının gücləndirən addımlar atır.

Pentaqon gəmilərin və təyyarələrin nə vaxt yerləşəcəyini açıqlamayıb, lakin cümə günü yayılan bəyanatında bu addımların "İranın və ya İranın dəstəkçiləri tərəfindən regional eskalasiya ehtimalını zəiflətmək" üçün zəruri hesab etdiyini bildirib.

“Bölgəyə daha çox hərbi potensialın hərəkətinin məqsədi ABŞ qüvvələrinin müdafiəsini yaxşılaşdırmaq, İsrailin müdafiəsinə dəstəyi artırmaq və Birləşmiş Ştatların müxtəlif gözlənilməz vəziyyətlərə cavab verməyə hazır olmasını təmin etməkdir”, - bəyanatda əlavə edilir.

Bu sərəncam Austinin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığı zamanı İsrailə əlavə dəstək vəd etməsindən bir neçə saat sonra verilib.

Pentaqon sözçüsü Sabrina Sinq bildirib ki, oktyabrın 7-də HƏMAS terror hücumundan sonra Pentaqonun İsrailə verdiyi dəstək "İranı, Livan Hizbullahını və İranın dəstəklədiyi digər terror qruplarını ABŞ-ın qətiyyətinə əmin etməlidir".

Livanda Hizbullahın ali hərbi komandiri Fuad Şükürün İsrailin hücumu nəticəsində ölümü, ardınca İranın yeni prezidentinin andiçmə mərasimini qeyd etmək üçün Tehrana səfər edən HƏMAS-ın siyasi lideri İsmayıl Həniyəni qətlə yetirməsindən sonra son bir həftə ərzində bölgədəki gərginlik xeyli artıb.

İsrail Haniyənin ölümünə görə məsuliyyəti açıq şəkildə öz üzərinə götürməsə də, İranın ali lideri Ayətullah Əli Xamenei İsraili məsuliyyətə cəlb etməyə və qisas almağa çağırıb.

"Cinayətkar, terrorçu sionist rejim əziz qonağımızı ərazimizdə şəhid etdi və kədərimizə səbəb oldu, eyni zamanda ağır cəza üçün zəmin hazırladı" - Xamenei X sosial media platformasında yazıb.

"Qisas almaq bizim borcumuzdur", - o, ayrı bir paylaşımda əlavə edib.

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında cümə axşamı keçirilən zəng zamanı ABŞ-ın İsrailin təhdidlərə müdafiəsini dəstəkləmək səylərinin müzakirə edildiyi bildirilir.

ABŞ müdafiə rəsmiləri də cümə günü İsrailin İranın təcavüzü qarşısında tək dayanmayacağını vurğuladılar.