ABŞ-da işsizliyin artması səhm birjalarını sarsıdıb

ABŞ-da işsizlik səviyyəsi son 3 ilin ən yüksək səviyyəsinə çatıb.

Açıqlanan son məlumatlara görə, iyul ayı etibarilə ölkə daxilində işsizlik nisbəti 4,3% olub. İşsizliyin artması tənəzzül narahatlığına səbəb olub.

ABŞ Əmək Nazirliyi cümə günü bildirib ki, iyun ayında 4,1% olan işsizlik səviyyəsi ardıcıl dördüncü aydır ki, artır.

ABŞ-da işsizlik 2023-cü ilin aprelində 3,4 faizlə son beş ilin ən aşağı səviyyədə olub.

ABŞ Federal Ehtiyat Sisteminin 2022 və 2023-cü illərdəki faiz artımı tələbata təzyiq göstərsə də, əmək bazarında da yavaşlamaya səbəb olub.

Məyusedici hesabat Wall Street-ə yayılmazdan əvvəl ABŞ səhmləri artıq itkilərə doğru gedirdi.

Amazon, son rüb üçün gözləniləndən daha zəif gəlir bildirdikdən sonra 11,9% azalıb.

Çip şirkətinin son rüb üçün mənfəəti proqnozlardan xeyli aşağı düşdükdən sonra Intel daha çox, 27,9% azalıb. Şirkət həmçinin dividend ödənişini dayandırıb və analitiklərin mənfəət gözlədiyi üçüncü rübdə pul itirəcəyini gözlədiyini bildirib.

Apple gözlənildiyindən daha yaxşı mənfəət və gəlir bildirdikdən sonra 2,4% artımla sabit qalıb.

Fed-in inflyasiyanı boğmaq üçün çox uzun müddət əsas faiz dərəcəsini son 20 ildə ən yüksək səviyyədə saxlaması narahtqlıları artırıb.

Faiz dərəcəsinin aşağı salınması ABŞ ev təsərrüfatlarının və şirkətlərinin borc götürməsini və iqtisadiyyatı dəstəkləməsini asanlaşdıra, lakin tam təsirləri üçün aylar və bir ilə qədər vaxt lazım ola bilərdi.