Möhyəddin Orucovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Möhyəddin Orucov

İyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun işi üzrə hazırlıq iclası keçirilib. Jurnalistlər məhkəmə prosesinə buraxılmayıblar. Artıq bir neçə müxtəlif məhkəmə prosesinə media nümayəndələri buraxılmır, məhkəmə mühafizəçiləri isə qadağanın səbəblərini açıqlamır.

Jurnalistlər məhkəmənin qəbul şöbəsinə gedərək məhkəmə sədrilə görüş tələb ediblər. Sədrin köməkçisi onları qəbul edib və daha sonra media nümayəndələrini prosesə buraxıblar.

Vəkil Nazim Musayev məhkəmə heyətinə etiraz edib. Vəkil qeyd edib ki, əvvəlki iclasda müdafiə tərəfinin etirazına baxmayaraq, Orucovu zalda qandallı vəziyyətdə saxlayıblar.

Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına əsasən, proses zamanı müttəhimin məhkəmə zalında qandallı saxlanılması işgəncə sayılır. Məhkəmə "işgəncələrə göz yumduğuna" görə vəkil məhkəmə heyətinə etiraz edib, lakin vəsatət təmin edilməyib, sadəcə Möhyəddin Orucovun əlindən qandal çıxarılıb.

Vəkil ibtidai istintaq zamanı müstəntiqlərin müdafiə tərəfinin vəsatətlərinə cavablarını iş materiallarından çıxarmaq üçün vəsatət qaldırıb, Musayev bunu onlara cavab verilməməsi ilə əsaslandırıb. Lakin sonradan istintaqın cavabları işə daxil edilib və bildirilib ki, onlar 9 saylı hüquq bürosuna göndərilib.

Vəkil vəsatətə cavab verilməməsilə bağlı büronun sənədini təqdim edib. Aşkar edilmiş saxtakarlıq səbəbindən vəkil bu cavabların iş materiallarından çıxarılmasını tələb edib. Məhkəmə vəsatəti təmin etməyib və mahiyyəti üzrə dinləmələri avqustun 2-ə təyin edib.

İşçi Masasının digər üzvü Möhyəddin Orucov ötən il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib.

Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

Azərbaycanda işçi haqlarını müdafiə etdiyinə görə İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının digər 3 üzvü də həbs olunub.

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov ötən ilin avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb.

Ayxan İsrafilov

Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu ilin aprel ayında məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvar ayında İşçi Masasının digər üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ilin avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə

Elvin Mustafayev (Ulviyya Guliyeva/VOA)

meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

İşçi Masasının sədri Afiəddin Məmmədov isə ötən il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq- silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov

ittiham olunurdusa, indi Məmməddov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o
cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur. İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.

Fəallar ittihamları qəbul etmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər