Amerika İcmalı. Baydenin amerikalılara müraciəti: “Estafeti ötürməyin vaxtıdır”. Azərbaycan-Ermənistan sülh prosesindən gözləntilər.

Your browser doesn’t support HTML5

Bayden seçki yarışından çıxmaq qərarını amerikalılara müraciətində izah etdi. Netanyahunun Konqresdə çıxışı, Yaxın Şərqdə durum - Atlantik Şuranın eksperti Riç Outzen şərh edir; Azərbaycan-Ermənistan sülh prosesindən gözləntilər - ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Kazlariçlə müsahibə

Prezident Bayden amerikalılara müraciətində 2024-cü il prezident seçki yarışından çıxmaq qərarının səbəblərini izah etdi. Bayden ölkəni birləşdirmək üçün “estafeti yeni nəslə ötürdüyünü” bildirdi; İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresinin birgə iclasında çıxışı, ABŞ-İsrail münasibətləri və Yaxın Şərqdə durum - Atlantik Şuranın baş elmi işçisi Riç Outzen şərh edir; Azərbaycan-Ermənistan sülh prosesindən gözləntilər, Vaşinqtonun sülh sazişinin əldə olunması istiqamətində səyləri – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariçlə müsahibə - Vaşinqtondan hər həftə efirə çıxan Amerika İcmalı proqramında