Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində azı 2 nəfər ölüb

İyulun 24-də Rusiyanın Ukraynanın bir çox bölgəsini atəşə tutması və raket zərbələri endirməsi nəticəsində ən azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Dunay sahilindəki İzmayıl limanında infrastruktura ziyan dəyib. Bu barədə region rəsmiləri məlumat verib.

Regional hərbi administrasiya məlumat yayaraq bildirib ki, Rusiyanın Xerson şəhərinə zərəblər endirməsi nəticəsində isə bir yaşlı qadın həlak olub.

"Gecə Rusiya Ordusu Xersonun Dnipro rayonunda yaşayış binasını vurub. Təəssüf ki, 77 yaşlı qadın həlak olub və onun cəsədi öz evinin dağıntıları altından tapılıb", deyə Telegram-da verilən məlumatda bildirilib.

Ukraynanın ikinci böyük şəhəri olan Xarkiv şəhər meri İhor Terekhov Telegram-da bildirib ki, şəhərə bir neçə raket zərbəsi endirilib, ən azı bir mülki şəxs həlak olub.

"Birinci zərbə Xarkov rayonlarından birindəki sənaye zonasını hədəfə alıb... İkinci zərbə isə özəl müəssisənin ərazisini vurub, binanı yandırıb. Bir nəfərin öldüyü barədə məlumat var", Terexov yaydığı məlumatda deyib.

Odesa qubernatoru Oleh Kiper bildirib ki, Rusiya pilotsuz təyyarələri Ukraynanın taxıl ixracı üçün kritik əhəmiyyətə malik olan Dunay sahilindəki İzmayıl limanı ərazisinə zərbələr endirib.

"Liman infrastrukturu və bir yaşayış binası rusların hədəfinə tuş gəlib" deyən Kiper əlavə edib ki, üç nəfər yaralanıb. Kiper, hücumun bir neçə liman qurğusuna zərər verdiyini və yanğının başladığını, lakin sonradan vəziyyətin yanğınsöndürənlər tərəfindən nəzarətə alındığını bildirib.

İzmayıla edilən hücumlardan sonra Ukraynanın NATO-ya üzv qonşusu Rumıniya Müdafiə Nazirliyi bildirib ki, Rumıniyanın Tulcea əyalətinin tam qarşısında Dunay çayının sol sahilində yerləşən İzmayıla edilən hücumlardan sonra vəziyyəti izləmək üçün iki döyüş təyyarəsi havaya qalxıb.

"İki F-16 qırıcısı vəziyyəti izləmək üçün yerli vaxtla 02:19-da Borça Hava Bazasından havaya qalxıb. Hər iki təyyarə səhər saat 4:20-də bazaya qayıdıb", deyə nazirliyin açıqlamasında deyilir. Rumıniyanın Borça aviabazası İzmayıldan təxminən 135 kilometr cənub-şərqdə yerləşir.

Bu arada Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Belqorod vilayəti üzərində üç Ukrayna pilotsuz təyyarəsini vurduğunu xəbər verib.

Mülki və enerji infrastrukturu Rusiyanın davamlı raket və dron hücumları nəticəsində dağıdılan Ukrayna öz növbəsində Rusiya daxilində hərbi sənaye üçün işləyən neft emalı qurğularını və digər yanacaq istehsal edən obyektləri hədəfə alır.

Ukraynanın ali hərbi komandiri, general-polkovnik Oleksandr Sirskiy iyulun 24-də "The Guardian"-a verdiyi müsahibəsində bildirib ki, Ukrayna pilotsuz təyyarələri indiyədək Rusiyanın dərinliklərində fabriklər, yanacaq tullantıları və sursat anbarları kimi “təxminən 200 kritik infrastruktur obyektini” hədəf alıb və bunların hamısı “hərbi logistika” ilə bağlı olub.

Ukrayna həmçinin iddia edir ki, onun dəniz dronları Qara dənizdəki bütün Rusiya hərbi gəmilərinin üçdə birini batırıb və ya sıradan çıxarıb.