Tramp və Harris ABŞ-da yeni prezidentlik kampaniyasında təhqirlərə yol verir

Çərşənbə axşamı ABŞ prezidentliyi uğrunda yarışda keçmiş prezident Donald Tramp və onun yeni Demokratik rəqibi, vitse-prezident Kamala Harris noyabrda keçirilən səsverməyə doğru irəliləyərkən bir-birlərini təhqirdən çəkinməyib.

Bu vaxt Vaşinqtonda Prezident Co Bayden COVID-19-dan sağaldıqdan sonra ofisdə qalan vaxtını xarici siyasət məqsədlərinə çatmaq üçün istifadə edəcəyinə dair gözləntiləri artıraraq Ağ Evə qayıdıb. 81 yaşlı Bayden bazar günü zəifliyi, zehni kəskinliyi və dəstəkçilərinin sayının azalmasından narahat olan Demokrat həmkarlarının təzyiqi altında yenidən seçki kampaniyasından şəkildikdən sonra Tramp tezliklə Harrisə hücuma keçib.

"Yalançı Kamala Harris toxunduğu hər şeyi məhv edir!", 79 yaşlı Tramp çərşənbə axşamı özünün Truth sosial platformasında bildirib. Daha əvvəl o, Harrisi Baydenin vəziyyətini ört-basdır etməyə kömək etməkdə günahlandırmışdı.

Kaliforniya ştatında prokuror kimi fəaliyyətini xatırladan Kamala Harris deyib ki, o, hər cür qanun pozucusu ilə üz-üzə gəlib.

“Qadınları əzən cinayətkarlar, müştəriləri soyan fırıldaqçılar, oyun qaydalarını pozan cığallar,” Harris sadalyıb. “Odur ki, eşidin: Mən Donald Trampın tipini bilirəm.”

Vitse-prezident Kamala Harris partiya rəsmiləri Demokratların gələn ay keçiriləcək qurultayından əvvəl formal namizədlik prosesini yekunlaşdırmağa hazırlaşdığ vaxt qeyri-rəsmi olaraq Demokratlar Partiyasının noyabrda keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün kifayət qədər dəstək əldə edib.

Namizədliyi prezident Co Bayden tərəfindən dəstəklənən Harris geniş dəstəyə görə partiya üzvlərinə minnətdarlığını bildirib. O, partiyanı və ölkəni birləşdirmək və noyabr seçkilərində Donald Trampı məğlub etmək niyyətində olduğunu vurğulayıb.

Konqresin iki aparıcı Demokrat-Senatda çoxluğun lideri Çak Şumer və Nümayəndələr Palatasında azlıqların lideri Hakim Ceffries çərşənbə axşamı Harrisi təsdiqləyib.

Harris hazırda keçmiş baş prokuror Erik Holder və Vaşinqtondan vəkili Dana Remus ilə bir neçə mümkün seçim üzərində işləyir.

Xəbərlərdə Arizona senatoru Mark Kelli, keçmiş ABŞ astronavtı; və altı ştata qubernatoru, Kentukkidən Endi Beşar, Miçiqandan Qretçen Uitmer, İllinoysdan J.B.Pritsker, Minnesotadan Tim Vals, Pensilvaniyadan Coş Şapiro və Şimali Karolinadan Roy Kuperin adları çəkilir.