Keçmiş prezident Donald Trampa qarşı sui-qəsd cəhdindən sonra hazırkı və keçmiş prezidentləri qorumaq səlahiyyəti daşıyan Məxfi Xidmətin direktoru vəzifəsindən istefa verir.
Kimberli Çitl işində uğursuz ola biləcəyi ilə bağlı artan etirazlar səbəbi ilə bu addımı atır.
2022-ci ilin avqust ayından Məxfi Xidmətin direktoru vəzifəsində çalışan Kimberli Çitl silahlı şəxsin Pensilvaniyadakı açıq kampaniyada RespublikaçıPartiyasından prezidentliyə namizədə bu qədər yaxınlaşa bilməsi ilə bağlı çoxsaylı araşdırmalarla üzləşib.
"Təhlükəsizliyin pozulmasına görə tam məsuliyyəti öz üzərimə götürürəm" - deyə, o, çərşənbə axşamı işçilərə göndərdiyi elektron məktubunda bildirib.
“Son hadisələrin fonunda direktor vəzifəsindən istefa vermək qərarına ürəkağırısı ilə qərar verdim”, Çitl yazıb.
Bir gün əvvəl Çitl Konqresdəki dinləmələrdə Donald Trampın seçki kampaniyası zamanı atəş açılmasını onun agentliyinin uğursuzluğu olduğunu bildirib.
Bəzi Respublikaçılar, xüsusən Nümayəndələr Palatasının spikeri Mayk Conson və Respublikaçı azlığın lideri Mitç Makkonnell Çitlin istefasını tələb edirdi.
İyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində seçki kampaniyası zamanı Tramp qulağından yaralanıb. Mitinq iştirakçılarından biri həlak olub, digəri isə yaralanıb. Atıcı olduğu iddia edilən iyirmi yaşlı qocalar evinin işçisi Tomas Kruks hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnərək öldürülüb.
Bəzi qanunvericilərin fikrincə, hücumçunun yaxınlıqdakı binanın damında rahat atəş mövqeyi tuta bilməsinin səbəbi Çitlin rəhbərlik etdiyi təhlükəsizlik agentliyinin işindəki nöqsanlar olub.