Dünya liderləri Co Baydenə ehtiramlarını ifadə edir

Dünya liderləri Co Baydenin seçkidən çəkilməsinə reaksiya verməkdə davam edir.

ABŞ-ın şimal qonşusu Kanada Prezident Co Baydenin noyabr seçkilərindən geri çəkilməsinə ilk reaksiya verən ölkələr sırasında olub.

“Mən Prezident Baydeni illər boyu tanımışan,” Kanada baş naziri Castin Trudo bildirib. “O, böyük adamdır və onun gördüyü hər iş ölkəsinə sevgisi ilə istiqamətləndirilir.”

Kanada rəhbəri Baydeni kanadalıların “tərəfdaşı” və “həqiqi dostu” adlandırıb.

Almaniya kansleri Olaf Şolz Baydenin böyük nailiyyətlər əldə etdiyini bəyan edib.

“Onun sayəsində transatlantik əməkdaşlıq sıxdır, NATO güclüdür və ABŞ bizim üçün yaxşı və etirablı tərəfdaşdır,” Şolz bildirib.

Britaniyanın yenicə seçilmiş baş naziri Keir Stammer də ABŞ liderinə hörmətini ifadə edib.

O, Baydenin yerdə qalan hakimiyyəti dönəmində onunla birgə işləyəcəyini deyib və prezidentin verdiyi qərarların Amerika xalqının “ən yaxşı maraqlarına” əsaslandığını qeyd edib.

İsrail müdafiə naziri Yoav Qallant ölkəsinə göstərdiyi yardıma görə Baydenə minnətdar olduğunu bildirib.

“Sizin mətin dəstəyiniz, ələlxüsus müharibə zamanı, əvəzsiz dərəcədə dəyərli olub,” Qallant bildirib.

İspaniya baş naziri Pedro Sançez Baydenin qərarını “ləyaqətli” və “cəsur” adlandırıb.