Prezident Bayden Demokrat partiyasından prezidentliyə namizəd olaraq Vitse-Prezident Kamala Harrisi dəstəkləyəcəyini bildirdi.
“Bu gün mən Kamalaya partiyamızın bu il namizədi olması üçün tam dəstəyimi və razılığımı verirəm,” Bayden X platformasına yazıb. “Demokratlar – bir araya gəlməyin və Trampı məğlub etməyin vaxtıdır. Gəlin bunu edək.”
Bayden Kamala Harrisə dəstəyi Demokrat prezidentliyə namizəd olaraq yarışdan çəkildikdən sonra verib.
Vitse-Prezident Kamala Harris verdiyi açıqlamada Prezident Co Baydenin dəstəyini almaqdan şərəf duyduğunu və prezidentliyə namizədlik nominasiyasını "qazanmaq və udmaq" məramında olduğunu bildirib.
Bu bəyanat Ağ Ev tərəfindən yox, Bayden-Harris kampaniyası tərəfindən verilib.
Bir qədər öncə Bayden X sosial media platformasında yazdığı şərhində noyabrda keçiriləcək prezidentlik yarışından geri çəkiləcəyini bildirib.
O, qərarı ilə bağlı bu həftənin sonunda xalqa müraciət edəcəyini bildirib.
Baydenin Demokrat partiyadaşları onun 27 iyunda Respublikaçı rəqibi Donald Trampla uğursuz debatından sonra onu yarışdan çıxmağa çağırırdı.
Baydenin hərdən çağın və zərif görütüləri onun fiziki və mental səhhəti haqda suallara yol açmışdı.