Amerika İcmalı. Tramp Respublikaçıların prezidentliyə rəsmi namizədidir. Demokratların Baydenə seçki çağırışları.

Your browser doesn’t support HTML5

Tramp prezidentliyə nominasiyanı qəbul etdi; Cey Di Vansın siyasi portreti; Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimlə Republikaçıların qurultayından söhbət; Demokratlardan Baydenə seçki çağırışı; Trampa sui-qəsd cəhdi - Şimali Karolina-Qrinsboro universitetinin dosenti Əli Əsgərovla müsahibə

Sabiq prezident Donald Tramp Viskonsin ştatının Milvouki şəhərində milli qurultayında Respublikaçılar partiyasından 2024-cü il prezident seçkilərində namizədliyini rəsmən qəbul etdi; Respublikaçılar partiyasından vitse-prezidentliyə namizədi - 39 yaşlı Ohayo senatoru Cey Di Vansın siyasi portreti; Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Republikaçılar partiyasının qurultayı haqda təəssüratları və ABŞ -Azərbaycan münasibətlərinin perspektivləri ilə bağlı fikirlərini bölüşür; Bayden mübarizəni davam etdirmək əzmini davam etdirir, demokratlar onun seçki yarışından çəkilməyə çağırır; Keçmiş prezident Trampa sui-qəsd cəhdinin siyasi proseslərə mümkün təsiri - Şimali Karolina-Qrinsboro universitetində sülh və münaqişə araşdırmaları departamentinin dosenti və həmsədri Əli Əsgərovla müsahibə - Vaşinqtondan hər həftə efirə çıxan Amerika İcmalı proqramında