Floridada hakim Trampa qarşı məxfi sənəd üzrə işə xitam verdi

Sabiq prezident Donald Trampa qarşı məxfi sənədlər üzrə məhkəmə işinə baxan federal hakim Aylin Kannon işə xitam verib.

O, bunu xüsusi məsləhətçi Cek Smitin qeyri-düzgün olaraq bu vəzifəyə təyin olunması ilə əsaslandırıb.

Floridadakı ABŞ Dairə Hakimi Aylin Kannonun hökmü Trampın son hüquqi uğuru sayıla bilər, çünki uzun müddətdir onun vəkilləri bu işə xitam verilməsi üçün vəsatətlər verirdilər.

Digər məhkəmələr Smitin təyinatının qanuniliyi barədə oxşar vəsatətləri rədd ediblər.

Hətta əgər yuxarı instansiya məhkəməsi hakim Kannonun qərarını ləğv etsə belə, Ali Məhkəmənin sabiq prezsidentlərə geniş immunitet verməsinin ardınca son hökm Trampın üzləşdiyi hüquqi problemləri azaltmış olur.

Trampın vəkilləri ona qarşı mövcud dörd cinayət işində bunu ən güclüsü hesab edirdilər. Belə ki, məxfi sənədlərlə bağlı iş Trampın prezidentliyi tərk etməsindən sonrakı perioda təsadüf edir.