Respublikaçıların prezidentliyə ehtimal olunan namizədi Donald Trampa hücumdan iki saat sonra Prezident Co Bayden xalqa müraciətində Trampın vəziyyətinin yaxşı olduğunun ona rahatlıq verdiyini deyib.
Müraciətdən öncə Trampla danışmaq imkanının olmadığını deyən Bayden daha sonra təhqiqat barədə ictimaiyyəti məlumatlandıracağını bildirib.
“Biz belə halın baş verməsinə icazə verə bilmərik,” Bayden deyib. “Amerikada belə bir zorakılığın olması ideyası ağlasığmazdır.”
Telepromptersiz danışan Bayden baş verənləri sui-qəsd cəhdi adlandırmaq üçün əlavə informasiya gözlədiyini bildirib.
“Mənim rəyim var, amma əlimdə faktlar yoxdur,” Bayden müxbirlərə deyib.
Prezident öz müraciətini Delavar ştatının Rehoboth Beach adlı okean sahili şəhərində fövqəladə hasidələr üçün quraşdılmış birifinq otağından verib. O, həftəsonunu öz sahil evində keçirir və Pennsilvaniyada Trampın təşviqat mitinqində insident baş verən zaman yerli kilsədə idi.
Hadisədən dərhal sonra o, ABŞ Xüsusi Xidmətinin direktoru Kimberli Çitl, Daxili Təhlükəsizlik Naziri Alehandro Mayorkas və Ağ Evin daxili təhlükəsilik müşaviri Liz Şervudla toplantı keçirib.