NATO-nun 75-ci yubiley toplantısı - Ukrayna diqqət mərkəzində

Your browser doesn’t support HTML5

NATO-nun 75-ci yubiley toplantısı - Ukrayna diqqət mərkəzində

NATO müttəfiqləri Ukraynanı “dönüşü olmayan” inteqrasiya yolunda dəstəkləyəcəklərini bildirib və Çini Rusiyanın Kyivə qarşı hərbi səylərini dəstəkləməyə dayandırmağa çağırıblar. Bu, Ukrayna səmasında yeni döyüş təyyarələrinin patrul edəcəyi vaxta təsadüf edir.

Amerika istehsalı olan bu F-16 qırıcıları hazırda NATO müttəfiqləri Danimarka və Nederlanddan Ukraynaya göndərilir.

ABŞ Müdafiə Naziri Lloyd Austin: “F-16 təyyarələrinin təhvil verilməsi rəsmi olaraq davam edir və Ukraynada bu yay F-16-lar uçacaq”.

32 müttəfiq ölkə bəyannamədə Ukraynanın NATO-ya üzvlük yolunu “dönüşü olmayan” yol adlandıraraq, Rusiya prezidenti Vladimir Putinə NATO müttəfiqlərinin səbrini tükədə bilməyəcəyinə dair güclü bir mesaj göndərib.

NATO-nun baş katibi Yens Stoltenberq: “Hazırda birlikdə gördüyümüz işlər Ukraynanın vaxtı gələndə gecikmədən üzv ola biləcəyini təmin edəcək. Məsələ olub-olmamaqda deyil, nə vaxt olmaqdadır.”

ABŞ prezidenti Co Bayden NATO müttəfiqlərini Rusiyanın müharibə dövrü istehsal səviyyəsi ilə ayaqlaşmaq məqsədilə müdafiə xərclərini artırmağa davam etməyə çağırıb.

ABŞ prezidenti Co Bayden: “Onlar silah, sursat və nəqliyyat vasitələri istehsalını əhəmiyyətli dərəcədə artırırlar və bunu Çin, Şimali Koreya və İranın köməyi ilə edirlər. Mənim nəzərimcə, biz alayansın geridə qalmasına imkan verə bilmərik”.

Alyans həmçinin Çini Rusiyanın döyüş maşınına dəstəyini dayandırmağa çağıraraq, Çinin Avropada təxminən 80 il ərzində ən böyük müharibəyə yol verməsinin onun maraqları və nüfuzuna təsirsiz ötməyəcəyini bildirir.

NATO-nun baş katibi Yens Stoltenberq: “Bu gün razılaşdığımız bəyannamə NATO müttəfiqlərinin Çinin Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsinə verdiyi töhfələrə dair göndərdiyi ən güclü mesajdır”.

Demokratiyaları Müdafiə Fondunun eksperti Bred Bouman: “Onlar ikili istifadə texnologiyası təqdim edir və Rusiyanın müdafiə sənayesi bazasına dəstək verir, Putinin Ukraynada aqressiv müharibə aparımasına şərait yaradır və ona daha uzun müddət döyüşüb itkilərdən bərpa olmasına imkan verir”.

Təhlilçi və veteran Bred Bouman Amerikanın Səsinə bildirib ki, 32 üzvlü blokun Çinə çağırış etməsinin vaxtı çoxdan keçib.

Demokratiyaları Müdafiə Fondunun eksperti Bred Bouman: “Avropalılar İran, Şimali Koreya və Çinin dəstəyi ilə Avropada Kremlin işğalçı müharibəsi nəticəsində ölürlər”.

Hind-Sakit okean regionundan NATO üzvü olmayan tərəfdaşlar bu həftə Vaşinqtonda keçirilən sammitdə NATO müttəfiqlərinə qatılıblar.

Rəsmilər bildirirlər ki, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın iştirakı Çinə demokratik ittifaqların təcavüzkarın qanunu harada pozmağa cəhd etməsindən asılı olmayaraq, qanunun aliliyini müdafiə edəcəklərinə dair mesaj verir.