Müxbirlərdən onun səhhəti və qarşıdan gələn prezident seçkilərində namizədliyi ilə bağlı intensiv suallarla üzləşən ABŞ Prezidenti Co Bayden cümə axşamı keçirdiyi mətbuat konfrasında qətiyyətlə administrasiyasının xarici və daxili siyasətini müdafiə edərək Ağ Ev uğrunda yarışa qatılacağını bəyan edib.
"Mən öz siyasi irsim uğrunda mübarizə aparmıram. Mən başladığım işi başa çatdırmaq üçün mübarizə aparıram," deyə Biden seçicilər arasında dəstəyinin güclü olduğunu, yarışda qalacağını və qalib gələcəyini dilə gətirib.
81 yaşlı Prezident Bayden üçün ikinci dönəm prezidentlik kürsüsü uğrunda mübarizədə bu mətbuat konfrasnı müşahidəçilər tərəfindən mühüm bir olay kimi dəyərləndirilir. Belə ki, iki həftə öncə Respublikaçıların ehtimal olunan namizədi Donald Trampla debatdak bəzən çaşğın və fasiləli çıxışı Baydeni təkcə tənqidçiləri tərəfindən deyil həm də öz partiyadaşları tərəfindən tənqid həfətinə çevirmiş və bəzilərinin onu namizədlikdən geri çəkilməsi çağırışları ilə üz-üzə qoymuşdu.
"Siyasi yarışa qatılmaqda əzmliyəm, ancaq hesab edirəm ki, ictimai platformalarda görünməklə bu qorxuları azatlmaq mühümdür," Co Bayden bildirib.
Bəzi çaşmalara baxmayaraq, Bayden sağlıq durumunun zəifləməsi və prezident fəaliyyətinə yararsızlığı ilə bağlı iddiaları rədd edərək yavaşıdığına dair əlamətlərin mövcudluğunu inkar edib.
Mətbuat konfrasının girişində öz administrasiyasının nailiyyətlərini önə çəkən Bayden NATO sammitnin sonuncu günündə Qərb hərbi alyasnının vəhdətindən və qlobal təhlükəsizliyin qorunmasındakı rolundan danışıb.
Rusiyanın Ukraynaya hərbi təcavüzü, Çinlə münasibətlər və digər xarici siyasət məsələlərinə dərindən toxunan Bayden ABŞ-ın dünyadakı mövqeyini zədələmədiyini deyib və qlobal arenadakı göstəricilərini müdafiə edib.
Mətbuat konfransında birinci sual verən müxbir prezidentin Demokratlar və həmkarlar ittifaqı üzvləri arasında dəstək itirməsi və vitse-prezident Kamala Harris haqda soruşub. İlk öncə Birləşmiş Avtomobil Fəhlələri həmkarlar ittifaqının ona dəstək verdiyini diqqətə çəkən Bayden sonra Harrislə Trampı çaşdırararq "əgər [prezidentliyə] layiqli olmasaydı, mən vitse-prezident Trampı vitse-prezident seçməzdim" deyib.
Baydenin canlı mətbuat konfransı zamanı sosial mediada status yazan Tramp diqqəti Demokrat prezidentin çaşmasına yönəldib. "Afərin, Co!" deyə Tramp sarkazmla əlavə edib.
Cümə axşamı Nümayəndələr Palatasının 10-dan çox Demokrat üzvü Baydeni yarışı tərk etməyə çağırıb.
Bundan az öncə Bayden kampaniyası yaydığı açıqlamada Ağ Evi əldə saxlamaq üçün yolun Viskonsin, Pennsilvaniya və Miçiqan ştatlarında qalib gəlməkdən keçdiyini bildirib və bəyan edib ki, başqa heç bir Demokrat Trampa qarşı daha yaxşı göstərici əldə edə bilməz.
2020-ci ildə prezidentliyə namizədlik uğrunda partiyadaxili seçkilərdə Baydenin rəqibi olmuş Berni Sanders prezidentin seçkilərdə qalib gələcəyinə əmin olduğunu ifadə edib.