NATO-ya üzv dövlət başçıları sammitin işçi sessiyasına toplaşıb

NATO-ya üzv dövlət başçıları alyansın Ukraynaya dəstəyini artırmaq, müdafiə və çəkindirmə səylərini artırmaq üçün çərşənbə günü Vaşinqtonda sammitin işçi sessiyasına toplaşıb.

Bu danışıqlar aylardır daha aşağı səviyyələrdə, o cümlədən bu ilin əvvəlində NATO xarici işlər nazirlərinin görüşündə davam edir, lakin indi yekun razılaşmaları təmin etmək liderlərin öhdəsindədir.

Çərşənbə gününün cədvəli ABŞ prezidenti Co Baydenin NATO müttəfiqlərini Ağ Evdə nahar ziyafətinə qəbulu ilə başa çatacaq.

NATO-nun 75 illik tarixinin ən böyük sınağı ilə üzləşdiyi bir vaxt Bayden çərşənbə axşamı güc vasitəsilə sülh üçün güclü iddia qaldırıb. Üç günlük sammitin əvvəlində çıxış edən Bayden "Bizim həmişəkindən daha güclü olmağımız lazımdır. Çünki tarixin bu məqamı bizim kollektiv gücümüzü tələb edir” deyib.

"Avtokratlar ümumilikdə, 80 ilə yaxındır saxlanılan və saymaqla bitməyən qlobal nizamı alt-üst etmək istəyirlər. Terrorçu qruplar şər planları qurmağa, qarışıqlıq, xaos və əzablara səbəb olmaqda davam edirlər. Avropada [Rusiya Prezidenti Vladimir] Putinin Ukraynaya qarşı işğalçı müharibəsi davam edir. Putin Ukraynanın total tabeliyindən, Ukraynanın demokratiyasına son qoymaqdan, Ukrayna mədəniyyətini məhv etməkdən və Ukraynanı xəritədən silməkdən başqa heç nə istəmir. Biz bilirik ki, Putin Ukraynada dayanmayacaq. Amma yanılmayın: Ukrayna Putini dayandıracaq”, Bayden deyib.

Çərşənbə axşamı Bayden və digər NATO liderləri Ukraynaya əlavə beş hava hücumundan müdafiə sistemi göndərəcəklərini açıqlayıb. Baydenin müdafiəni gücləndirmək üçün arqumenti administrasiyasının digər üzvləri tərəfindən dəstəklənib.

Milli təhlükəsizlik müşaviri müdafiə sənayesi rəhbərləri ilə danışlar aparıb və o qədər köhnə bir arqumentə istinad edərək deyib ki, sSülh istəyirsənsə, müharibəyə hazırlaş.

İstehsalın genişləndirilməsi və silah və sursat ehtiyatlarının doldurulması NATO müttəfiqlərinin diqqət mərkəzində olub, çünki onlar həm Ukrayna ordusunu dəstəkləməyə, həm də alyansın öz müdafiəsi üçün lazım olanı təmin etməyə çalışırlar.

Çərşənbə axşamı müdafiə sənayesi rəhbərləri qarşısında çıxışı zamanı milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bir sıra konkret addımlar o cümlədən regional arsenalların və komanda-nəzarət imkanlarının gücləndirilməsi, beləliklə, NATO üzvlərinin lazım gəldikdə tez bir zamanda hərəkətə keçməsi, eyni zamanda, Rusiyanın gücləndirilmiş müdafiə sənayesinə uyğun olaraq NATO-nun sənaye potensialının artırılmasından danışıb.

Bayden Norveçin keçmiş Baş nazirini Yens Stoltenberqi ABŞ-ın ən yüksək mülki mükafatı olan Prezidentin Azadlıq Medalı ilə təltif edərək, onun alyansa rəhbərlik etdiyi onillik rolunu yüksək qiymətləndirib.