HƏMAS İsraildən atəşkəs təklifi ilə bağlı cavab gözləyir

“HƏMAS İsraildən atəşkəs təklifi ilə bağlı cavab gözləyir”. Bunu islamçı qrupdan iki rəsmi ABŞ-ın Qəzzada 9 aydır davam edən müharibəyə son qoymağa yönəlmiş planının əsas hissəsini qəbul etməsindən beş gün sonra deyib.

Fələstin anklavı üçün üç fazalı plan mayın sonunda ABŞ prezidenti Co Bayden tərəfindən irəli sürülüb və Qətər və Misirin vasitəçiliyi ilə həyata keçirilir. Planın məqsədi müharibəni bitirmək və HƏMAS tərəfindən saxlanılan 120-yə yaxın israilli girovu azad etməkdir.

Atəşkəslə bağlı müzakirələrdən xəbəri olan bir fələstinli rəsmi İsrailin qətərlilərlə danışıqlar apardığını bildirib. Adının çəkilməsini istəməyən məmur bazar günü Reuters agentliyinə deyib: "Onlar HƏMAS-ın cavabını müzakirə və İsrailin cavabını bir neçə gün ərzində verəcəklərini vəd etdilər".

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqların bu həftə davam etdiriləcəyini bildirib, lakin heç bir vaxt təqdim etməyib.

Qəzzaya nəzarət edən HƏMAS İsrailin razılaşma imzalamadan əvvəl daimi atəşkəs öhdəliyinə götürməsi ilə bağlı əsas tələbdən əl çəkib. Əvəzində o, altı həftəlik birinci mərhələ ərzində danışıqların buna nail olunmasına imkan verəcəyini bildirib.

Sülh səyləri ilə tanış olan Fələstin rəsmisi bildirib ki, təklif İsrail tərəfindən qəbul edilsə və müharibəyə son qoyulsa, bu, çərçivə razılaşmasına gətirib çıxara bilər.

Məsələ ilə bağlı məlumatlı mənbə bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns danışıqlar aparmaq üçün bu həftə Qətərə gedəcək.

Münaqişə doqquz ay əvvəl oktyabrın 7-də HƏMAS-ın başçılıq etdiyi döyüşçülərin Qəzzadan İsrailin cənubuna hücumu nəticəsində 1200 nəfərin ölümü və 250-yə yaxın girov götürülməsi ilə başlayıb.

Qəzza səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrailin hərbi hücumunda 38 mindən çox fələstinli həlak olub və sahil anklavı əsasən dağıntılara çevrilib.

BMT-nin Fələstinlilər üzrə agentliyi UNRWA vəziyyəti getdikcə daha faciəli adlandıraraq, X-də yazdığı yazıda, "ailələr məcburi köçkünlük, kütləvi dağıntılar və daimi qorxu ilə üzləşməyə davam edir. Zəruri təchizat çatışmır, istilər dözülməzdir, xəstəliklər yayılır" bildirib.