Rusiyanın Ukraynaya dron hücumları nəticəsində Sumı regionunda enerji obyektinə ziyan dəyib

Kyiv, Ukrayna, 25 iyun, 2024.

Rəsmilər bildirir ki, Rusiya cümədən şəbnəyə keçən gecə Ukraynanın bir neçə bölgəsinə dron hücumları həyata keçirib və ölkənin şimal-şərqindəki Sumı bölgəsində enerji obyektini vurub.

Hava qüvvələri bildirib ki, Ukraynanın mobil dron ovçu qrupları və hava hücumundan müdafiə bölmələri 12 bölgəyə atılan 27 Rusiya dronundan 24-nü vurub.

Milli elektrik şəbəkəsi operatoru Ukrenergo bildirib ki, Sumı regionundakı enerji obyektinə ziyan dəyib və nəticədə Sumı şəhərində sənaye istehlakçıları üçün elektrik enerjisinin təcili söndürülməsinə gətirib çıxarıb. O bildirib ki, Təmir qrupları təchizatı bərpa etməyə çalışırlar.

Regionlar tələfat və ya başqa ziyan barədə dərhal məlumat verməyib.

Rusiya qüvvələri mart ayından bəri Ukraynanın enerji sektoruna qarşı bombardmanlarını artıraraq, istilik və hidroenerji istehsalının əsas hissəsini sıradan çıxarıb və ölkə daxilində uzun müddətli elektrik kəsilmələrinə səbəb olub.

Yerli istehsal və elektrik enerjisi idxalı kəsiri qarşılaya bilmədiyi üçün Ukrenergo ölkə daxilində gün ərzində elektrik enerjisinin planlı şəkildə kəsilməsini planlaşdırırıb.

Ukraynanın enerji sistemi Rusiyanın 2022-ci ilin fevralında hərbi müdaxiləsindən sonra ilk ildə onsuz da çökmüşdü. Son dörd ayda Rusiyanın raket və dron hücumları səbəbindən enerji sistemi mövcud istehsal gücünün təxminən yarısını itirib.