BMT bildirir ki, qəzzalılar "dözülməz" şəraitdə yaşayırlar

BMT sözçüsü cümə günü mühasirə altında olan ərazidə “dözülməz” şəraiti pisləyərək bildirib ki, qəzzalılar bombanın dağıtdığı binalarda qalmağa və ya böyük zibil yığınlarının yanında düşərgə salmağa məcburdurlar.

BMT-nin fələstinli qaçqınlara dəstək agentliyi UNRWA-dan Lui Uoteridc Qəzza zolağında "son dərəcə ağır" yaşayış şəraitini təsvir edib.

“Həqiqətən də dözülməzdir,” o, Qəzzanın mərkəzindən video görüntü vasitəsilə Cenevrədə müxbirlərə deyib.

Çərşənbə günü dörd həftəlik bir aradan sonra əraziyə geri dönən Voteridc deyib ki, hətta bu zaman ərzində belə vəziyyət “əhəmiyyətli dərəcədə pisləşib.”

“Bu gün ən pisidir. Mən sabahın daha da pis olacağına şübhə etmirəm,” o deyib.

İsraillə HƏMAS arasında davam edən müharibənin doqquzuncu aya qədər qoyduğu bir vaxtda, Voteric deyib ki, Qəzza zolağı “dağılıb.”

O, Qəzzanın çərkəzində Xan Yunisə qayıtdığında “şok” olduğunu deyib.

“Binaların təkcə gövdəsi qalıb. Hər şey dağılıb,” o deyib. “Buna rəğmən insanlar hələ də orada yaşayır.”

“Su yoxdur, sanitariya yoxdur, yemək yoxdur. İndi də insanlar bomboş binalarda qalır, uçmuş divarlar mələfələrlə ötürülüb.”

Qəzzada müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna, İsrailin məlumatına görə, əksəriyyəti mülki vətəndaşlar olmaqla, 1200 nəfərin ölümü ilə nəticələnən hücumu ilə başlayıb.

HƏMAS-ın idarə etdiyi Qəzzada səhiyyə nazirliyinin məlumatına görə, İsrailin əks-hücumu nəticəsində, əksəriyyəti mülki şəxs olmaqla, 37 700-dən çox insan ölüb.

Voteridc deyib ki, Qəzzaya yanacaq çatdırıb və onu təhlükəsiz bir şəkildə paylamaq üçün aparılan mübarizə yardımın çatdırılma qabiliyyətinə təsir edir.

“Yanacaq olmadan, humanitar yardım həqiqətən də dayanır,” o deyib.

O deyib ki, onun danışdığı yerdən təxminən 150 metr uzaqda 100 000 tona yaxın tullantı yığılıb, ətrafında isə əldəqayırma çadırlar quraşdırılıb.

“Əhali bunun içində yaşayır,” o deyib və əlavə edib ki, “temperatur artaraq, yaşayış şəraitini daha da pisləşdirir. ”