Bayden və Tramp Atlantada ilk debatlarına hazırlaşırlar

Your browser doesn’t support HTML5

İyunun 27-də ABŞ prezidentliyinə namizədlər Co Bayden və Donald Tramp axşamı ilk debat keçiriləcək.

Donald Tramp və Co Bayden ilk debata seçicilərinə digərinin qələbəsini ölkə üçün faicəli olacağını deyərək gedirlər.

Tramp deyir ki, Bayden ölkəni dağıdır: “İnflyasiya durmadan qalxır. Cinayət səviyyəsi nəzarətdən çıxıb. Avropa xaosdadır. Orta Şərq partlayır. İran cəsarətlənib. Çin irəliləyir. Bu bərbaddır. Bərbad prezident bizi Üçüncü Dünya Müharibəsinə sürükləyir.”

Bayden isə Trampın ölkəni geriyə aparacağını deyir: “Bütün tərəqqi, bütün azadlıqlar, bütün fürsətlər riskdədir. Tramp özünün prezidentliyi dövründə qaranlıq və narahatedici şeyləri unutdurmağa çalışır. Biz heç vaxt unutmayacağıq.”

İctimai rəy sorğularına əsasən bu seçki yarışı çox yaxın keçir. Bu isə debatların əhəmiyyətini artırır. Norsistern universitetinin professoru Alan Şroder.

Alan Şroder, Norsistern Universiteti: “Düşünürəm ki, bu hər iki namizəd üzərinə təzyiq qoyur. Debat onlar üçün həm fürsət, həm də riskdir.”

Pensilvaniya Universitetinin professoru Keytlin Hol Cemison deyir ki, indiki və keçmiş prezidentin iştirakı bu debatıunikal edir.

Keytlin Hol Cemison, Pensilvaniya Universiteti: “İctimaiyyət fərd kimi bu namizədlər haqda daha çox məlumatlıdır. Onların temperamenti, vərdişləri və meyllərini bilirlər. Amma bu il, hər iki namizədin yaşına görə özünə sual verəcəksən ki, bunların Birləşmiş Ştatlar prezidenti olmaq üçün mental olaraq gücləri çatacaqmı və onlar Birləşmiş Ştatlar prezidenti olmaq üçün mental sabitliyə malikdirlərmi?”

Təhlilçi Bret O’Donnel deyir ki, siyasi debatlarda vacib olan mesajlar və yaddaqalan anlardır: “Sən debat zamanı çatdırmaq istədiyin mesajı davamlı olaraq səsləndirməlisən. Amma eyni zamanda debat vaxtı diqqəti cəlb edəcək anların da olmasını istəyərsən ki, mətbuat onu paylaşaraq, rəqibin üzərində üstünlük əldə etməyə kömək olsun.”

Bu, ABŞ tarixində ən tez keçirilən prezidentlik debatıdır. Hələlik nə Trampın, nə də Baydenin namizədlikləri partiyaları tərəfindən rəsmən irəli sürülüb. Bu debatda açılış nitqləri olmayacaq. Hər iki namizədin mikrofonu danışmadıqları zaman söndürülmüş olacaq.