ABŞ-da ekstremal istilik qeydə alınıb

Bu həftə sonu 100 milyondan çox insan üçün həddindən artıq isti xəbərdarlığı qüvvədə olub və təhlükə Ohayo vadisindən Orta Atlantikaya qədər uzanıb.

Ohayo vadisində və Orta Atlantikdə temperatur orta hesabla 10-15 dərəcə yüksək olub. ABŞ-ın qərbində, mərkəzi və cənub Kaliforniya, Arizona və Yuta ştatlarında temperatur Farenheyt şkalası üzrə 100 dərəcəni (38%) ötüb.

Vaşinqtonda temperatur 2016-cı ildən bəri ilk dəfə şənbə günü 100 dərəcəyə çatıb. Həm də 2012-ci ildən bəri ilk dəfədir ki, Vaşinqtonda yayın əvvəlində belə yüksək temperatur qeydə alınır.

Ayova ştatının Rok vadisində şənbə günü yüksək sel suları səbəbindən 18-ci magistralın şimalındakı bütün evlər boşaldılıb. Həddindən artıq yağıntı riski Viskonsinin cənubunda və Ayovanın şimal-şərqində olub.

Şənbə günü Ayova qubernatoru Kim Reynolds Ayova ştatının şimal-qərbindəki 21 əyalət üçün fəlakətli vəziyyət elan edib.

“Cənubi Dakota ştatının Syu Falls şəhərində doqquz nəfər daşqından xilas edilib”, şəhərin fövqəladə hallar idarəsinin direktoru Reqan Smit bildirib.

Minnesota ştatının bəzi hissələri üçün şənbə günü gecə saatlarında daşqın xəbərdarlığı verilib və qubernator Tim Uolz fövqəladə vəziyyət elan edib.

Nyu Meksikoda baş verən yanğınlar ümumilikdə 24 200 hektardan çox ərazini yandırıb.

Federal Təhqiqatlar Bürosu yanğınların səbəbini aydınlaşdıran məlumat üçün 10 000 dollara qədər mükafat təklif edib.