Eksklüziv: İran prezident seçkiləri üçün ABŞ-da məntəqələr açılmasına imkan yaradılacaq

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Bayden administrasiyası gələn həftə İranda keçiriləcək prezident seçkiləri üçün ABŞ ərazisində seçki məntəqələrini işlətməyə yenidən icazə verəcək, bu da İslam respublikasının tənqidçilərini planı absurd və biabırçı adlandırmağa sövq edib.

İran Xarici İşlər Nazirliyinin rəsmisi Əlirza Mahmudi bazar günü dövlət mediasına bildirib ki, Tehran keçən ay helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin yerinə iyunun 28-də keçiriləcək səsvermə üçün Birləşmiş Ştatlarda 30-dan çox seçki məntəqəsi qurmağı planlaşdırır. Mahmudi deyib ki, iranlı seçicilər üçün seçki qutuları Vaşinqton və Nyu-Yorkda Pakistan səfirliyinin İran Maraqları Bölməsində qurulacaq.

İran dövlət mediası bildirir ki, Birləşmiş Ştatlar xaricdə yaşayan iranlıların ən böyük hissəsinə ev sahibliyi edir (30%).

ABŞ Siyahıyaalma Bürosunun Amerika İcması Tədqiqatı ABŞ-da İranda doğulan və ya İran əsilli təxminən yarım milyon insanın olduğunu təxmin edir, İran Amerikalı qeyri-kommersiya təşkilatı İranda Demokratiya Naminə Milli Birlik və ya NUFDI isə bu göstəricinin 1 milyondan çox olduğunu təxmin etdiyini bildirir.

İran dövlət mediasının məlumatına görə, İran diasporunun 12%-i Kanada və Türkiyədə yaşayır.

Mahmudinin sözlərinə görə, İran digər diaspora məntəqələrində də qiyabi səsvermə təşkil edir.

ABŞ Dövlət Departamenti Amerikanın Səsinin eksklüziv olaraq verdiyi bəyanatda bildirib ki, İranda prezident seçkilərinin azad və ya ədalətli olacağına heç bir ümid yoxdur.

İslam respublikasının hakim din xadimləri yalnız Ali Rəhbər Ayətullah Əli Xameneyiyə sadiq adamlarına əsas siyasət məsələlərində ona tabe olan prezident və parlament kimi vəzifələrə namizəd olmağa icazə verir. İranda müvafiq olaraq mart və 2021-ci ildə keçirilən son parlament və prezident seçkiləri seçicilərin çox hissəsinin maraqsız qalması ilə bağlı ilə bağlı rekord dərəcədə aşağı iştiraka səbəb olub.

İranın ruhani hökmdarlarının daxildə və xaricdəki əleyhdarları dəfələrlə saxta hesab etdikləri İran seçkilərini boykot etməyə çağırıblar və bunu 28 iyunda keçirilən səsvermə üçün təkrar ediblər. Onlar həmçinin qeyd ediblər ki, İslam respublikası bu cür seçkilərdə fəallığı artırmağa çalışaraq 45 illik avtoritar hakimiyyətinin legitimliyinə nail olmaq istəyir.