Təbriz Mərkəzi Həbsxanasında saxlanılan üç azərbaycanlı siyasi məhbus təhlükəsizlik qüvvələri və həbsxana səlahiyyətliləri tərəfindən hədələnib.
Azərbaycan Öyrənci Hərəkatının (AZOH) Telegram kanalının yaydığı məlumata görə, Təbriz həbsxanasındakı üç siyasi məhbus Kərim İsmayılzadə, Milad Cəlili və Salar Tahir Əfşar Tehranın Evin həbsxanasında azərbaycanlı siyasi məhbuslara dəstək verdikdən sonra Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülməklə hədələniblər.
Bundan əvvəl Təbrizdəki bu siyasi məhbuslar, 5 aya yaxındır ki, Tehranın Evin həbsxanasında qeyri-müəyyən müddətə saxlanılan və iyunun 13-dən aclıq aksiyasına başlayan məhbusları dəstəklədiklərini bəyan etmişdilər. Təbrizdəki siyasi məhbuslar Evin həbsxanasında saxlanılan azərbaycanlı fəallara dəstək olaraq, aclıq edəcəklərini bildirmişdilər.
SEE ALSO: Evin həbsxanasında aclıq edən siyasi fəalların səhhəti ilə bağlı narahatlıqlar artıbHəmin dəstək mesajını yaydıqdan sonra, təhlükəsizlik qüvvələri və həbsxana səlahiyyətliləri, onları Evin həbsxanasındakı məhbusları dəstəkləməkdən çəkindirmək üçün təhdid edib.
Kərim İsmayılzadə, Milad Cəlili (Elşən) və Salar Tahir Əfşar Evin həbsxanasında məhbusların tələblərinin yerinə yetirilmədiyi təqdirdə onlara dəstək olaraq aclıq aksiyası keçirəcəklərini açıqlamışdılar.
SEE ALSO: Təbrizdə azərbaycanlı siyasi məhbuslar Evin məhbuslarının aclıq aksiyasına dəstək veribGüneyli siyasi fəallar Salar Tahir Əfşar və Milad Cəlili, müvafiq olaraq 6 və 8 aylıq həbs cəzalarını çəkmək üçün iyunun ilk həftəsində Təbriz həbsxanasına köçürülüblər. Milli fəal Kərim İsmayılzadə isə aprelin 17-də Təbrizdə həbs olunub və daha əvvəl Təbriz İnqilab Məhkəməsi tərəfindən ona qarşı çıxarılan 6 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya göndərilib.