Rusiyanın yeni raket zərbələri Ukraynanın enerji obyektlərini hədəf alıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın şənbə günü Ukraynanın ikinci ən böyük şəhəri Xarkivə bomba hücumu nəticəsindən ən azı üç nəfər ölüb.

Zelenskinin dediyinə görə, idarə olunan hava bombasının yaşayış binasına tuş gəldiyi hücumda əlavə 19 nəfər yaralanıb.

Rusiya Ukraynanın enerji infrastrukturunu hədəf almağa davam edir. Ukrayna rəsmiləri bildirir ki, Rusiya cümədən şənbəyə keçən gecə Ukraynaya bir sıra raket və dronlarla hücum edərək, ölkənin cənub-şərqi və qərbində enerji obyektlərinə ziyan vurub və ən azı iki işçini yaralayıb.

Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiyanın bu həftənin ikinci ən böyük hücumu zamanı atdığı 16 raketdən 12-ni və 13 dronun hamısını vurub. Ukrayna bölgələrində gecə yarısı bir neçə saat boyunca hava sirenaları çalışıb.

Milli elektrik şəbəkə operatoru Ukrenergo bildirib ki, hücum zamanı ölkənin cənub-şərqindəki Zaporijye və qərbindəki Lviv bölgələrindəki avadanlıqlara da ziyan dəyib.

O bildirib ki, Zaporijye bölgəsində enerji obyektinin iki işçisi yaralanıb və xəstəxanaya çatdırılıb.

Zaporijye qubernatoru İvan Fedorov deyib ki, bölgədə enerji infrastrukturu obyektində yanğın çıxıb və əlavə ziyan dəyərləndirməsi aparılır.

“Biz əminliklə deyə bilərik ki, düşmən durmayacaq. Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var,” Fedorov Telegram mesajlaşma tətbiqində bildirib.

Moskva bildirib ki, Ukraynanın enerji infrastrukturuan qarşı hücumları Ukraynaınn Rusiya ərazisinə dron hücumlarına cavab olub.

Lviv bölgəsinin qubernatoru Maksim Kozitski bildirib ki, Ukraynanın Polşa ilə sərhədd yerləşən regionunda yanğını söndürməyə 67 yanğınsöndürən və 12 xüsusi maşın cəlb olunub.

Rusiya qüvvələri mart ayından bəri Ukraynanın elektik sisteminə bomba hücumlarını intensivləşdirərək, ölkənin mövcud istehsal gücünün təxminən yarısını sıradan çıxarıb və ciddi enerji böhranına səbəb olub.

İsti yay aylarına rəğmən, Ukrayna şəhərləri planlı elektrik kəsilmələri ilə üzləşir və ölkən Avropa qonşularından rekord səviyyədə elektrik enerjisi idxal edir