Britaniya husi militantlarının Qırmızı dənizdə daha bir gəmini batırdığını ehtimal edir

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) çərşənbə axşamı bildirib ki, Yəməndəki husi militantlarının Qırmızı dənizdə ikinci gəmi - "Tutor"-u batırdığına inanılır.

UKMTO husilər və digər mənbələrdən verilən əvvəlki məlumatlara əsasən bildirib ki, Yunanıstana məxsus "Tutor" kömür daşıyıcısı keçən çərşənbə günü raketlər və partlayıclarla yüklənmiş və uzaqdan idarə olunan qayıqla vurulub.

"Hərbi rəsmilər (Tutorun) sonuncu dəfə report olunan ərazisində neft və gəmi qalıqları göründüyünü bildirir" - deyə, Kral Hərbi Dəniz Qüvvələrinin tabe olan UKMTO-nun təhlükəsizlik hesabatına əsasən bildirib.

Məsələ ilə əlaqədar gəminin idarəçisindən şərh almaq mümkün olmayıb.

Hücum zamanı gəminin maşinist otağında olduğu güman edilən bir ekipaj üzvü itkin sayılır.

Bundan əvvəl Böyük Britaniyaya məxsus "Rubymar" gəmisi husilər tərəfindən batırılan ilk gəmi olub. Gəmi martın 2-də, raketlərlə vurulduqdan təxminən iki həftə sonra batıb.

"Tutor" gəmisindən bir həftə əvvəl isə husilər Liberiya bayrağı altında üzən gəmiyə, eləcə də taxtalarla dolu tikinti materialı daşıyan Palau bayraqlı Verbena gəmisinə ciddi ziyan vurub.

Verbena gəmisinin dənizçiləri hücumlar nəticəsində yaranan yanğını söndürə bilmədikləri üçün gəmini tərk ediblər. Verbena hazırda Ədən körfəzində sürüklənir. Gəmi hər an batmağa və ya başqa hücumlarla qarşılaşmaq təhlükəsi altındadır.

Bazar ertəsi ABŞ və Britaniya qüvvələri Yəmənin Hodeyda Beynəlxalq Hava Limanı və Qırmızı dəniz sahilindəki Salif limanı yaxınlığındakı Kamaran adasını hədəf alan hava hücumları həyata keçirib.

İrana qoşulan husilər Qəzzada fələstinlilərlə həmrəylik məqsədi ilə ötən ilin noyabr ayından bəri Qırmızı dəniz bölgəsindəki ticarət gəmilərinə hücum edir.

Husilərin dronlar və raket hücumları qloba ticarət marşurutuna ciddi təsir göstərib. Noyabr ayında husilər "Galaxy Leader" adlı yük gəmisini ələ keçirib. Çərşənbə axşamı onun idarəçisi husiləri yeddi aydır girov saxlanan 25 heyət üzvünü azad etməyə çağırıb.

Silahlılar noyabrın 19-da Baham adaları bayraqlı gəmiyə hücum etmək üçün helikopterdən istifadə ediblər. Onlar bolqarıstanlı gəmi kapitanını və baş zabitini, 17 Filippin və Ukrayna, Meksika və Rumıniyadan olan digər dənizçilərlə birlikdə əsir götürüblər. Bu barədə STAMCO Gəmi İdarəsi yaydığı açıqlamada bildirib.

"Husilər 25 ekipaj üzvünü girov saxlamaqla heç bir şey əldə edə bilməyəcək" - deyə, STAMCO bildirib.