Meksika hökumətinin bazar günü bildirdiyinə görə, 177 ölkədən təxminən 1,39 milyon insan bu il sənədləri olmadan ABŞ-a keçməyə çalışaraq Meksika ərazisi ilə səfər edib.
Milli Miqrasiya İnstitutu yanvar ayından mayın sonuna qədər olan məlumata əsasən onların əksəriyyətinin təkbaşına səyahət edən kişilər və ya qadınlar, təxminən 3 mininin isə yetkinlik yaşına çatmayan, müşayiətsiz səfər edən uşaqlar olduğunu bildirib.
177 ölkəni demək olar ki, bütün dünyanı təmsil edir. Birləşmiş Millətlər Təşkilatına 193 üzv ölkə daxildir.
Ölkələr üzrə miqrant olmaq istəyənlərin ən çoxu, təxminən 380 min nəfər illərdir ağır iqtisadi çətinliklərlə üzləşən Venesueladandır. Onun ardınca Qvatemala, Honduras, Ekvador və Haiti gəlir. Bu ölkələrin hamısı cinayətkar dəstələr və narkotik alveri bağlı zorakılıqdan əziyyət çəkir.
İnstitutun bildirdiyinə görə, Meksikaya təhlükəli səyahətə çıxaraq, ABŞ-da daha yaxşı həyat axtarışında olanlar arasında Çin, Hindistan, Mavritaniya və Anqola kimi uzaq ölkələrdən gələnlər də var.
ABŞ-ın açıqladığı rəqəmlərə əsasən, təkcə 2023-cü ildə 2,4 milyondan çox insan tələb olunan sənədlər olmadan ABŞ-Meksika sərhədini keçib.
Dekabr ayında axın gündə 10 min nəfər olaraq rekord həddə çatıb. Lakin hər iki ölkənin bu cür keçidlərin qarşısını almaq üçün sərt tədbirlər görməsindən sonra qanunsuz keçənlərin sayının azalıb.