Qəzzanın cənubunda 8 İsrail əsgəri, 19 fələstinli həlak olub

Şənbə günü 8 İsrail əsgəri Qəzzanın cənubunda zirehli maşını ilə hərəkət edərkən partlayış nəticəsində həlak olub. Bu arada İsrail qüvvələri Qəzzanın cənubundakı Rəfah şəhəri və ətrafında basqılarını davam etdirir və ən azı 19 fələstinlini öldürüb.

Səkkiz əsgər "Qəzzanın cənubunda əməliyyatlar zamanı həlak olub", hərbçilərin bəyanatında deyilir. "Onların ailələri xəbərdar edilib", hərbçilər bildirib.

İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Hagari bildirib ki, səhər tezdən partlayış Rəfah yaxınlığında baş verib və bu, HƏMAS tərəfindən yerləşdirilmiş partlayıcı və ya tank əleyhinə raketlə törədilib.

Şənbə günü itkilər İsrail ordusu üçün ən ağır itkilərdən olub və İsrailin Qəzzaya 27 oktyabrda həyata keçirdiyi genişmiqyaslı quru hücumunun başlamasından bəri itkilərinin ümumi sayını ən azı 306-ya çatdırıb.

Oktyabrın 7-də HƏMAS İsrailə qarşı terror hücumu həyata keçirib, 1200-ə yaxın adamı öldürüb və təxminən 250 nəfəri girov götürüb.

Son həftələr İsrail qüvvələrinin əksəriyyəti döyüşçülər olmaqla, ən azı 30 min insanı öldürdüyünü bildirir.

Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi əksəriyyəti qadın və uşaq olmaqla, 37 296 nəfərin öldüyünü bildirir, lakin ölənlərin neçəsinin döyüşçü olduğunu demir.

İsrail ordusu şənbə günü bildirib ki, onun əsgərləri Rəfahda həm yerin üstündə, həm də HƏMAS-ın inşa etdiyi geniş yeraltı tunel şəbəkəsində böyük miqdarda silah-sursat ələ keçirib.

HƏMAS-ın müttəfiqi olan İslami Cihad silahlı qanadı Əl-Qüds Briqadalarının sözçüsü şənbə günü Telegram-da yayımladığı videoda bildirib ki, İsrail yalnız müharibəni dayandırıb qüvvələrini anklavdan çıxarsa, Qəzzadan girovlarını geri alacaq.

Şənbə günü axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahu öz videosunu yayımlayaraq, girovları azad etməyin yeganə yolunun HƏMAS-ı məğlub etmək olduğunu deyib.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan şənbə günü bildirib ki, Qətər və Misir üzrə vasitəçilər ABŞ prezidenti Co Baydenin təklif etdiyi Qəzzada atəşkəs təklifini irəli sürmək üçün bir yol olub-olmadığını yoxlayır və HƏMAS militantlarını tezliklə cəlb etməyi planlaşdırır.