Böyük Yeddilərdən fandreyzinqə: Bayden geosiyasət ilə seçki kampaniyası arasında balans yaradır

ABŞ Prezidenti Co Bayden və qızı Eşli Los Anceles Beynəlxalq Hava Limanında.15 iyun, 2025. Los Anceles, Kaliforniya.

İtaliyanın cənubundan Kaliforniyanın cənubuna uçan ABŞ Prezidenti Co Bayden diqqətini Rusiyanın Qərbin birliyi üçün yaratdığı çətinliklərdən, Hollivudda Corc Kluni və Culi Robertsin iştirakı ilə keçirilən fandreyzinq tədbirində seçki kampaniyası üçün böyük ianə toplmağa yönəldir.

Bayden diqqət mərkəzində Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsinin olduğu zəngin demokratiyalardan ibarət Böyük Yeddilər qrupunun sammitindən sonra şənbə günü birbaşa Los Ancelesdə Peacock teatrında keçirilən tədbirə qatılıb.

Sabiq Prezident Barak Obama Kluni və Robertslə birlikdə tədbirdə iştirak edəcək, aparıcı Cimmi Kimmel isə səhnədə onların hamısından müsahibə götürəcək. Roberts tədbirdən öncə donorlara göndərdiyi mesajda bunu “seçkidə mühüm an” adlandırıb. Kimmel isə öz mesajında yazıb ki, Respublikaçıların gözlənilən namizədi Donald Tramp “bundan nifrət edəcək, ona görə gəlin bunu edək.”

Getdikcə əyləncə dünyasının daha çox parlaq ulduzları Baydenin kampaniyasına kömək etmək üçün sıraya düzülürlər. Onlar pul yığmaq və tərəfdarları seçki günündə Trampın əleyhinə səs verməyə təşviq etməyə ümid bəsləyirlər.

Ancaq Baydenin bu tədbirdə ulduzlarla bilrikdə çıxış etməsi onun Rusiyanın Ukraynadakı müharibəsinə son qoymağın yollarını müzakirə etmək üçün İsveçrədə keçirilən sammitə qatılmaması deməkdir. ABŞ-ı sammitdə Vitse-prezident Kamala Harris təmsil edir.

Bu, onun prezident olaraq məsuliyyətlərinin və yenidən seçilmək səylərinin bəzən bir-biri ilə ziddiyət təşkil edə biləcəyinə işarədir.

“Biz media və əyləncə dünyasından misli-görünməmiş rekord sayda insanın iştirak edəcəyini görəcəyik,”Hollivud maqnatı, Demokatlar partiyasının böyük donoru və Bayden kampaniyasının həmsədri Ceffri Katzenber açıqlamasında bildirib.

Mart ayında Nyu Yorkda Radio City Music Hall əyləncə mərkəzinə keçirilən Bayden fandreyzinqində məşhur aparıcı Stiven Kolber prezident, Obama və keçmiş Prezident Bill Klitondan müsahibə götürüb. Həmin tədbirdə o zaman rekord olan 26 milyon dollar ianə toplanıb, ancaq Bayden kampaniyasının bildirdiyinə görə, Kalifornaiyadakı tədbirdə ən azı 28 milyon dollar toplanacağı gözlənilir.

Bununla belə Tramp daha böyük ianələr toplayıb.

O, aprel ayında Baydeni ötərək, milyarder sərmayəçi Con Polsonun Floridadakı evində böyük donorların yığıncağında 50.5 milyon dollar toplayıb. Keçmiş prezidentin kampaniyası və Respublikaçıların Milli Komitəsi may ayında 141 milyon dollar topladıqlarını və buna Trampın səssiz qalmaq üçün ödənilən pulla bağlı məhkəmə işində təqsirli bilinməsindən sonra axın edən on milyonlarla dollar pulun daxil olduğunu bildirib.