İsveçrədə Ukrayna sülh sammiti keçirilir

Volodimir Zelenski.

Dünya liderləri şənbə günü İsveçrədə Rusiyaya Ukraynadakı müharibəsinə son qoyması üçün təzyiq göstətmək məqsədi daşıyan sammitdə iştirak edir, ancaq Moskvanın Çin kimi güclü müttfəqilərinin iştirak etməməsi sammitin potensial təsirini azalda bilər.

Ukraynanın onlarla müttəfiqi sammitdə iştirak edəcək, ancaq Rusiyanın tədbiri vaxt itkisi adlandıraraq rədd etməsi və iştirak etməkdə maraqlı olmadığını bildirməsindən sonra sammitə dəvət olunmamasından sonra Çin də tədbirə qatılmır.

Çinin iştirakı olmadan Moskvanı təcrid etməyə dair ümidlər azalır, ən son hərbi geriləmələrə görə isə Kyiv yenidən təhlükə ilə üzləşir. Qəzzada İsraillə HƏMAS arasında müharibə səbəbilə diqqət Ukraynadan yayınıb.

Danışıqlarda həmçinin müharibənin səbəb olduğu başqa narahatlıqların, o cümlədən ərzaq və nüvə təhlükəsizliyi və naviqasiya azadlığının müzakirə ediləcəyi gözlənilir və yekun bəyannamə layihəsində Rusiya münaqişədə təcavüzkar kimi göstərilib.

Rusiya Prezidenti Vlasimir Putin cümə günü bildirib ki, Rusiya, yalnız Kyiv NATO ambisiylarından əl çəkdiyi və Moskvanın iddiası olduğu dörd vilayətin hamısını təhvil verdiyi halda Ukraynadakı müharibəyə son qoyacaq. Kyiv isə bu iddiaları rədd edərək onların təslim olmağa bərabər olduğunu bildirib.

Belə görünür ki, Putinin şərtləri Moskvanın qüvvələrinin üstünlüyə malik olduğuna dair etimadının artdığını əks etdirir.

Moskva Ukraynadakı xüsusi hərbi əməliyyatını Rusiyaya diz çökdürmək istədiyini bildirdiyi Qərblə daha geniş mübarizənin bir hissəsi adlandırır.

Ukrayna prezidenti Volodimir Zelenskinin istəyi ilə sammitə ev sahibliyi edən İsveçrə, Rusiyanın da daxil olduğu gələcək sülh prosesinə yol açmaq istəyir.