Milli fəal Behzad Xudabəndəli məhkəməyə çağırılıb

Behzad Xudabəndəli

Milli fəal Behzad Xudabəndəli Qoşaçay (Miyandab) şəhərinin 2 saylı Cinayət Məhkəməsinin 103-cü şöbəsinə çağırılıb.

Sosial mediada yayılan çağırış vərəqəsinin surətinə əsasən, Behzad Xudabəndəli iyunun 26-da həmin məhkəmənin şöbəsinə müraciət etməlidir.

Məhkəmə çağırışında yazılanlara görə, milli fəal "kompüter vasitəsilə yalan məlumat yaymaq" və "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək"də ittiham olunub.

Bundan əvvəl təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəalı fevralın 8-də atasının evində həbs etmək cəhdləri nəticəsiz qalıb.

Daha sonra, o, fevralın 27-də Qoşaçayın Ümumi və İnqilab Prokurorluğunun 3 saylı şöbəsi tərəfindən çağırılıb. Xudabəndəli məhkəməyə müraciət etdikdən sonra 300 milyon tümən girov müqabilində zaminə buraxılıb.

Milli fəala qarşı bu ittihamların irəli sürülməsinin səbəbləri və cinayət tərkibinə dair dəlillər barədə ətraflı məlumat yoxdur.