Ərdəbil vilayətində siyasi fəal Əlirza Əsədpur zəmanətlə sərbəst buraxılıb

Əlirza Əsədpur (Mənbə: Araz News Telegram kanalı)

Bir müddən əvvəl İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altınan alınan siyasi fəal Əlirza Əsədpurun zəmanətlə sərbəst buraxıldığı bildirilib.

İnsan haqları üzrə məlumatlar yayan HRA agentliyi və Araz News xəbər saytı kimi mənbələrin xəbərinə görə, təqribən iki həftə əvvəl Ərdəbil vilayətinin Muğan bölgəsində saxlanılan Əsədpur 10 günə yaxın Germi şəhərinin həbsxanasında saxlanıldıqdan sonra müvəqqəti azadlığa buraxılıb.

Əsədpuru təhlükəsizlik qüvvələri Biləsuvar şəhristanının Cəfərabad şəhərində həbs etmişdilər.

Siyasi fəalın hansı səbəblərə görə saxlanıldığı və hansı ittihamlarla üzləşdiyi barədə məlumat yayılmayıb. Ancaq, sosial şəbəkələrdə yayımlanan xəbərlərə əsasən, o internetdə etdiyi paylaşımlar üzündən basqılara məruz qalıb.

Əlirza Əsədpurun hüquq fakültəsini bitirmiş və Cəfərabad şəhərinin sakini olduğu bildirilir.