Bölgədəki hüquq müdafiəçiləri milli fəal Əlirza Əsədpurun Ərdəbil vilayətinin Muğan bölgəsində yerləşən Cəfərabad şəhərində həbs edildiyini bildirirlər.
HRA xəbər agentliyi Əlirza Əsədpurun mayın 25-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini bildirib. Lakin onun nəzarətə alınmasının konkret səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.
Bəzi Telegram kanalları onun həbsinin səbəbinin sosial mediada məzmun yazması ilə bağlı ola biləcəyini qeyd edib.
Əlirza Əsədpurun hüquq fakültəsini bitirdiyi bildirilir.